Sürücü (Transfer üzrə)
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş marşrut üzrə hərəkət etmək və təyin olunan ünvanlara vaxtında çatmaq;
Nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək və yol hərəkəti qaydalarına riayət etmək;
Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq, nasazlıq yarandıqda aidiyyəti üzrə məlumat vermək;
Müştərilərlə nəzakətli və peşəkar şəkildə ünsiyyət qurmaq;
Gündəlik tapşırıqlar və hesabatlar barədə rəhbərliyə məlumat təqdim etmək.
Tələblər
Minimum 5 il sürücülük təcrübəsi;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Rus dili üzrə orta səviyyədə bilik;
Yol hərəkəti qaydalarını yaxşı bilmək;
Təhlükəsiz sürücülük bacarıqları və yol şəraitini düzgün qiymətləndirmə qabiliyyəti;
Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq;
Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
İşə qarşı məsuliyyətli və müsbət yanaşma.
İş şəraiti
İş yeri: Babək Plaza
Ünvan: Xətai metrosu yaxınlığı
İş rejimi: Növbəli iş qrafiki
Əmək haqqı: 800 AZN
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Frazex
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17893
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə