Sürücü
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 20 fevral 2026
Son Tarix: 22 mart 2026
Təsvir
Avtonəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun şəkildə idarə edir, sərnişin daşınmasını həyata keçirir, yol təhlükəsizliyini təmin edir, müvafiq sənədləşməni və hesabatları hazırlayır, avtomobilin texniki baxımını yerinə yetirir və müştəri xidmətləri göstərir.
Tələblər
Ali və ya orta ixtisas təhsilli, müvafiq sürücülük vəsiqəsinə (BC kateqoriyası) malik olmalı;
Minimum 5 il iş təcrübəsi olmalı;
Sürücü Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını, əmək qanunvericiliyini və müəssisədaxili intizam qaydalarını bilməli;
Məxfilik, etik davranış və korporativ qaydalara ciddi əməl etməli.
Vəzifə öhdəliyi:
Rəhbər şəxsin təhlükəsiz, rahat və vaxtında daşınmasını təmin etmək;
Xidmət avtomobilini saz vəziyyətdə saxlamaq;
Avtomobilin texniki baxışını, sığortasını və digər sənədlərini nəzarətdə saxlamaq;
Yanacaq sərfiyyatına və təmizlik vəziyyətinə nəzarət etmək;
Marşrutları əvvəlcədən planlaşdırmaq və optimal hərəkət istiqamətini seçmək;
Zərurət olduqda rəhbərliyin tapşırığı ilə digər əməkdaşların daşınmasını həyata keçirmək;
Rəhbərliyin tapşırıqlarına əsasən rəsmi sənədlərin çatdırılması və qəbulunu təmin etmək.
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9383
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+