Süni İntellekt üzrə təcrübəçi (Ödənişli Təcrübə Proqramı)
Təcrübə
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Süni intellekt və maşın öyrənməsi sahəsində karyera qurmaq istəyən motivasiyalı tələbə və ya yeni məzunlar üçün AI Engineer Intern proqramı təqdim edirik. Bu proqram çərçivəsində siz real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqsınız.
Əsas vəzifələr:
AI/ML modellərinin hazırlanmasında komandaya dəstək olmaq
Məlumatların toplanması, təmizlənməsi və ilkin analizi
Model nəticələrinin test edilməsi və sənədləşdirilməsi
Mövcud AI sistemlərinin təkmilləşdirilməsi üzrə araşdırmalar aparmaq
Texniki komandaya gündəlik tapşırıqlarda kömək etmək
Tələblər
Kompüter elmləri, Data Science və ya əlaqəli sahədə təhsil (3-4-cü kurs tələbəsi və ya yeni məzun)
Python proqramlaşdırma dili üzrə əsas biliklər
Maşın öyrənməsi əsasları haqqında anlayış
Analitik düşüncə və öyrənməyə həvəs
Komandada işləmə bacarığı
İngilis dili biliyi (ən azı orta səviyyə)
Üstünlüklər:
TensorFlow, PyTorch və ya scikit-learn ilə ilkin təcrübə
Kiçik layihələr və ya GitHub portfolionun olması
Data analizi və statistik biliklər
Biz təklif edirik:
Təcrübəli mentorlarla işləmək imkanı
Real layihələrdə iştirak
Peşəkar inkişaf üçün təlimlər
Təcrübə müddətinin sonunda işə qəbul imkanı (performance əsasında)
Sertifikat və ya tövsiyə məktubu
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını müraciət məktubunun mövzu hissəsində “Süni İntellekt üzrə təcrübəçi” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanlarına göndərməkləri xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12972
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə
Şirkət Ölçüsü
1000+