Sosial Media Marketinq (SMM) mütəxəssisi

Bakı,, Sənan, Kərimov, 3

Tam Ştat

Menecer

800 - 1.200 AZN

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 21 aprel 2026

Təsvir

Redmark Agency olaraq komandamıza dəyər qatacaq Sosial Media Meneceri vakansiyasını elan edirik!

Vəzifə öhdəlikləri:

  • Müxtəlif sosial media platformalarında (Instagram, Facebook, TikTok, LinkedIn və s.) marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi

  • Kontent planının hazırlanması və onun icrası

  • Brendin sosial mediada tanınması və müştəri ilə əlaqələrin gücləndirilməsi üçün yaradıcı yanaşmaların tətbiqi

  • Sosial media analitikası və performans göstəricilərinin izlənməsi, hesabatların hazırlanması

  • Rəqiblərin analizi və bazar trendlərinin izlənməsi

  • Müxtəlif vizual və mətn kontentlərinin hazırlanması ilə bağlı yaradıcı komandaya nəzarət edilməsi

  • Müştərilər ilə əlaqənin saxlanılması

  • Meta ads üzərindən reklamların verilməsi

Tələblər:

  • Minimum 2 il iş təcrübəsi

  • Digital marketing, Meta Business Suite üzrə bilik və təcrübə

  • Sosial media alətləri və trend mövzuları ilə yaxından tanışlıq

  • Yüksək yaradıcılıq qabiliyyəti və yaradıcı yanaşma

  • Güclü analitik düşüncə və hesabatlama bacarıqları

  • Komanda ilə işləmə və müstəqil qərarlar vermə bacarığı

  • Azərbaycan və ingilis dillərində danışıq və yazı bacarığı (rus dili arzuolunandır)

Redmark sənə nə verir?

  • Real agentlik mühiti və müxtəlif brendlərlə işləmək imkanı

  • ⁠Kreativ ideyaların dəyər gördüyü azad iş mühiti

  • Böyüyən layihələrdə məsuliyyət və təsir sahəsi

  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün real imkanlar

İş forması:

  • Həftə içi 5 gün

  • 9:30 - 18:30

  • Nahar fasiləsi: 13:30 - 14:30

  • Əmək haqqı razılaşma yolu ilə.

Uyğun namizədlər CV-lərini "SMM" başlığı ilə info@redmark.az ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11390

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer