SMM (Videoqraf)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 18 may 2026
Təsvir
Müəssisəmiz SMM (Videoqraf) vəzifəsinə vakansiya elan edilir:
Vəzifə öhdəlikləri:
Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
Sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
Sosial media performansının gündəlik və aylıq izlənməsi və hesabatların hazırlanması
Müəssisənin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişini icra etmək
Təqdim edilən material və kontentlər əsasənda müəssisənin marketinq strategiyasına uyğun video çəkilişlərini həyata keçirmək
Video materialların, reklam və sosial çarxların montaj prosesini həyata keçirmək
Müəssisənin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun qayda da icra etmək
Müəllif hüquqlarının qorunmasına nəzarət etmək
Tələblər
Tibb sahəsində SMM təcrübəsi
Rəqəmsal marketinq alətləri üzrə bilik: Meta Business Suite, Ads Manager, SEO, SEM, Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramları
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi
Azərbaycan dilində sərbəst danışıq; rus dili bilikləri üstünlük sayılır
Marketinqin müxtəlif sahələri üzrə geniş bilik və kampaniya idarəetmə təcrübəsi, xüsusilə rəqəmsal kanallar üzrə
Yaradıcı təkliflər vermək bacarığı
Kontent və satış yönümlü mətnlər hazırlamaq qabiliyyəti
Portfolio mütləqdir
İş barədə məlumat:
İş yeri: Sumqayıt, 6-cı mkr, Liman Hospital
İş rejimi: 6 günlük tam iş həftəsi, 09:00-dan 18:00-dək
Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkillə birlikdə qeyd olunan elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “SMM (Videoqraf)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
Necə Müraciət Etmək Olar
Liman hospital
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15071
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə