SMM mütəxəssis
Bakı
Tam Ştat
Menecer
700 - 800 AZN
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
PAY Group MMC , Fortex.az 2011-ci ildən etibarən Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdır. Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk, bu səbəbdən müştəri məmnuniyyəti bizim üçün mühüm əhəmiyyət daşıyan bir anlayışdır.
Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük bizim üçün ən əsas faktorladan biridir. Peşəkar əməkdaşlardan ibarət komandamıza yeni istedadların qoşulması və onların daima inkişafı şirkət strategiyamızın əsasını təşkil edir.
Vəzifənin adı: SMM mütəxəssis (Fortex showroom)
2011-ci ildən etibarən PAY Group MMC-nin tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna SMM mütəxəssis axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
Fortex Showroom-un sosial media hesablarının gündəlik idarə olunması;
Maraqlı və diqqətçəkən mətn, foto və video məzmunların (postlar, elanlar, reels, gündəlik hekayələr və s.) mütəmadi hazırlanması və paylaşılması;
Sosial media izləyiciləri ilə ünsiyyətin qurulması, sorğuların cavablandırılması;
Ads Manager üzərindən reklam kampaniyalarının yaradılması, izlənilməsi;
Aylıq reklam büdcəsinin təyin olunması və düzgün idarə edilməsi;
Paylaşımların (post, video, reels) aylıq plana uyğun hazırlanması və vaxtında paylaşılması;
Storylərin gündəlik aktiv saxlanılması;
Brend imicinin qorunması və inkişafı üçün yeni ideyaların təqdim olunması;
Rəqib analizlərinin aparılması və strategiyaya uyğunlaşdırılması.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü, saat 10:00-dan 19:00-a qədər;
İstirahət günü: Şənbə, bazar;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: 700 AZN
Tələblər
Təhsil : Natamam ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 22 - 35
Cins : Qadın
Vəzifə üzrə əsas tələblər:
Orta və ya ali təhsil;
Uyğun sahədə 2-3 il iş təcrübəsi mütləqdir;
CapCut, VN, Videoleap, Canva, Instories və bənzər proqramlarla sərbəst işləmək bacarığı;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir;
Yaş həddi 22-35 yaş arası;
Xanım namizədlərə üstünlük veriləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi e-poçt ünvanına göndərə bilərsiniz.
Necə Müraciət Etmək Olar
PAY Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13374
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer