SMM Menecer / Sosial Media Marketinq Meneceri
Tam Ştat
Menecer
800 AZN-dən
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 15 may 2026
Təsvir
Komandamıza kreativ, məsuliyyətli və nəticə yönümlü SMM Menecer axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media hesablarının gündəlik idarə olunması
Aylıq və həftəlik kontent planının hazırlanması
Kreativ post mətnləri, storilər və paylaşım ideyalarının hazırlanması
Video kontentin çəkilməsi, montaj edilməsi və yayımlanması
Reels, TikTok və digər qısa formatlı videoların hazırlanması
Sosial media reklamlarının planlanması və icrası
Auditoriya ilə ünsiyyətin idarə olunması, mesaj və şərhlərin nəzarətdə saxlanılması
Səhifələrin inkişafı üçün yeni ideyaların təklif olunması
Göstəricilərin analizi və aylıq hesabatların təqdim edilməsi
Tələblər
SMM və ya sosial media idarəçiliyi üzrə iş təcrübəsi
Kreativ düşüncə və güclü vizual zövq
Video çəkilişi və montaj bacarığı
Canva, CapCut, InShot, Adobe Premiere Pro və ya oxşar proqramlarda işləmə bacarığı
Meta Business Suite, Instagram, Facebook, TikTok platformaları üzrə yaxşı bilik
Reklam kabineti ilə işləmə təcrübəsi üstünlükdür
Azərbaycan dilində səlis yazı bacarığı, rus və ya ingilis dili biliyi üstünlükdür
Trendləri izləyən və onları kontentə uyğunlaşdırma bacarığı
Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı
Biz nə təklif edirik:
Başlanğıc əmək haqqı: 800 AZN
Kreativ və inkişaf yönümlü iş mühiti
Uzunmüddətli əməkdaşlıq imkanı
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi
Maraqlanan namizədlər CV və varsa portfoliolarını qeyd olunan elektron poçt ünvanına və ya +994502123445 əlaqə nömrəsinə WhatsApp vasitəsi ilə göndərə bilərsiz.
Necə Müraciət Etmək Olar
Equip Master MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14010
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer