Ana Səhifə
Vakansiyalar

Smeta və layihə mütəxəssisi

Smeta və layihə mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

1.200 AZN-dən

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 30 may 2026

Təsvir

AQA Şirkətlər Qrupu "Smeta və layihə mütəxəssisi" vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

  • Gündəlik daxil olan sifarişlərin təyinatı üzrə yoxlanılması;

  • Hazırlanmış layihələr haqqında məlumatların toplanması və analiz edilməsi;

  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;

  • Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin həcminin yoxlanılmasını təmin etmək;

  • Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (xərc analizi) və hesabatlarla (material, texniki, aktlar) işləməyi bacarmaq;

  • Smeta əsasında yazılan sifarişlərin toplamının smeta ilə üzləşdirilməsi;

  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;

  • Söküntüyə nəzarət edilməsi, yararlı malların daşınması üçün aktın tərtib edilməsinə nəzarət edilməsi;

  • Anbarların mütəmadi reviziyasının həyata keçirilməsi;

  • Sifarişdən kənar alınan malların aşkar edilməsi;

  • Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);

  • Kompüter bilikləri: MS Office proqramları, (AutoCAD və digər proqram bilikləri əlavə üstünlük hesab olunur);

  • Dil bilikləri: Azərbaycan dili (digər dil bilikləri əlavə üstünlük hesab olunur);

  • İş təcrübəsi: Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı;

  • Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmək bacarığı;

  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;

  • Bəy namizədlərə üstünlük verilir;

  • Punktual və ünsiyyətcil olması;

  • Analitik düşüncə bacarığı;

  • Ünsiyyət və komandada işləmək bacarıqları;

  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı;

  • Təşkilatçılıq bacarıqlarına malik olmalı;

  • Detallara diqqət yetirməyi bacarmalı.

Əlavə məlumat:

İş qrafiki: Bazar ertəsi-Cümə, istirahət günləri: Şənbə və bazar;

İş saatı: 09:00-18:00;

Əmək haqqı: 1200.00 AZN net.

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14338

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik texniki mütəxəssis

Tam Ştat

AQA Şirkətlər Qrupu "Kiçik texniki mütəxəssis" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək; Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək; Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq; Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək; Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək; Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək; Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək; Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək; Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək; Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək.