Ana Səhifə
Vakansiyalar

Sistem administratoru

Sistem administratoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 16 aprel 2026

Təsvir

“ATL Tech” olaraq zəng mərkəzi üzrə proqram təminatlarının stabil və səmərəli fəaliyyətini təmin etmək məqsədilə, server infrastrukturunun və proqram təminatı mühitlərinin (development/ production) idarə olunması üzrə minimum 3 il müddətində təcrübəyə malik “Sistem Administratoru” axtarışındayıq. Namizəd proqram təminatı mühəndisləri ilə sıx əməkdaşlıq edərək, proqram təminatlarının quraşdırılması, monitorinqi və optimallaşdırılmasında cavabdeh olacaqdır.

Vəzifə öhdəlikləri:

  • VMware platforması üzərində Linux əsaslı development (inkişaf), staging (sınaq) və production (istismar) mühitlərinin qurulması, miqyaslandırılması və idarə edilməsi;

  • Proqram təminatı mühəndisləri ilə əməkdaşlıq zamanı texniki əlaqələndirici rolun icra edilməsi;

  • Tətbiqlərin yerləşdirilməsi (deployment), mühitlərin uyğunlaşdırılması və problemlərin aradan qaldırılmasında iştirak edilməsi;

  • Sistemlərin və call-center platformalarının vəziyyətini izləmək üçün monitorinq həllərinin (Zabbix) tətbiqi və idarə olunması;

  • Canlı mühitdə yaranan insidentlərin əsas səbəblərinin araşdırılması (RCA);

  • Server loglarının analizi və qarşılaşılan problemlərin həllinə dəstək verilməsi;

  • VoIP xidmətlərinin infrastrukturuna dəstək göstərilməsi;

  • Əməliyyat sisteminin real-vaxt səs protokolları (SIP/RTP) üçün optimallaşdırılması;

  • Gündəlik işlərin və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması;

Tələblər

  • Linux (Ubuntu/CentOS) və VMware vSphere üzrə yüksək səviyyəli biliklər;

  • Sistem administratoru olaraq, xüsusiylə proqram təminatının inkişafı və ya istismar mühitləri ilə bağlı minimum 3 il müddətində iş təcrübəsi;

  • Windows serverlə praktiki iş təcrübəsi;

  • Enterprise və cloud səviyyəli monitorinq və xəbərdarlıq sistemlərinin konfiqurasiyası üzrə praktiki iş təcrübəsi;

  • Konteynerləşdirmə texnologiyaları (Docker) ilə production təcrübəsi;

  • Şirkətin tətbiq olunan iş mexanizmləri çərçivəsində proqramçılarla effektiv işləmək bacarığı;

  • Log idarəetmə alətləri (məsələn: ELK stack, Graylog) ilə işləmək bacarığı;

  • SIP siqnallaşması və telefoniya tətbiqlərinin infrastruktur tələbləri haqqında məlumatlılıq;

  • CI/CD alətləri haqqında məlumatlılıq;

Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.

Müraciətlərinizi mövzu hissəsində "Sistem administratoru" qeyd olunmaqla qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11064

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya