Biznesin inkişafı üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
“ATL Tech” olaraq biznes inkişafı istiqamətində komandamıza dəstək göstərəcək və inkişaf yolunda birgə əməkdaşlıq edəcəyimiz “Biznesin inkişafı üzrə kiçik mütəxəssis” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Bazar və rəqib analizlərinin aparılması;
Potensial müştərilərin və biznes imkanlarının araşdırılması;
Təklif və təqdimat materiallarının hazırlanması;
Potensial müştərilərlə ilkin əlaqələrin qurulması və ünsiyyətin idarə olunması;
Məlumat bazasının formalaşdırılması və mütəmadi yenilənməsi;
Biznes inkişafı istiqamətində gündəlik proseslərdə dəstək göstərilməsi;
Tender və kommersiya təkliflərinin hazırlanmasında dəstək göstərilməsi;
Tələblər
Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi arzu olunandır);
İT məhsul və xidmətləri haqqında ilkin təsəvvür;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Google Sheets / Excel-də analitik alətlərdən istifadə bacarığı;
Onlayn araşdırma və məlumat analizi bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq;
Müraciətlərinizi mövzu hissəsində “Biznesin inkişafı üzrə kiçik mütəxəssis” qeyd etməklə qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.
Necə Müraciət Etmək Olar
ATL Tech
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10834
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə