Biznesin inkişafı üzrə təcrübəçi (Business Development Intern)
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
“ATL Tech” olaraq biznes inkişafı istiqamətində komandamıza dəstək göstərəcək və inkişaf yolunda birgə əməkdaşlıq edəcəyimiz “Business Development Intern” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Bazar və rəqib analizlərinin aparılması;
Potensial müştərilərin və biznes imkanlarının araşdırılması;
Təklif və təqdimat materiallarının hazırlanmasında iştirak edilməsi;
Potensial müştərilərlə ilkin əlaqələrin qurulmasında dəstək göstərilməsi;
Məlumat bazasının mütəmadi yenilənməsi;
Biznes inkişafı istiqamətində gündəlik proseslərdə dəstək göstərilməsi;
Tələblər
Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi arzu olunandır);
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Onlayn araşdırma və məlumat analizi bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq;
Müraciətlərinizi mövzu hissəsində “Biznesin inkişafı üzrə təcrübəçi” qeyd etməklə qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.
Necə Müraciət Etmək Olar
ATL Tech
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8815
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə