Sistem administrator
Tam Ştat
Orta Səviyyə
1.200 AZN-dən
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
Tələb olunan bilik və bacarıqlar:
Domen sisteminin planlaşdırılması,qurulması və idarə edilməsi;
Domen replikasiya sisteminin qurulması və onun işinə nəzarət;
Serverlərin işinə gündəlik nəzarət, onların işinin analizi və optimizasiyası üçün tədbirlərin təklif edilməsi;
Kompüter şəbəkəsinin işlək vəziyyətdə olmasına nəzarət;
İnternet və Emayl serverlərin fasiləsiz işini təmin etmək;
Kompüterlərdə məlumatların müntəzəm arxivləşdirilməsinə nəzarət;
Serverlərdə sistem məlumatlarının müntəzəm arxivləşdirilməsinə nəzarət.
Domenin təhlükəsizlik sisteminin qurulması və ona gündəlik nəzarət, parolların yanlış istifadəsinin müəyyən edilməsi və tədbirlərin təklif edilməsi;
Kompüterlərdə qurulmuş proqram təminatına lazımi yeniliklərin (Update) vaxtlı -vaxtında tətbiq olunmasını təmin etmək.
Tələblər:
Ali texniki təhsil;
Sertifikatlar: MCSA, CCNA;
minimum 1-2 il iş təcrübəsi;
Hərbi mükəlləfiyyətli (Yaşı 28-dən çox olmayan);
Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı;
Xarici dil bilikləri arzuolunandır.
Səriştələr:
Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
İnkişafa yönümlü və innovativ;
Operativlik və çeviklik;
Komandada işləmək bacarığı;
Nəticə yönümlü.
Üstünlüklərimiz:
Peşakar komandada işləmək imkanı;
Yeni işçinin təlimləndirilməsi;
Ölkədaxili və xarici təlimlərdə iştirak;
Şirkət tərəfindən nahar;
Karyera unkişafı.
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 1200-1500 AZN)
Vakansiyanın tələblərinə uyğun gələn namizədlər mövzu hissəsində “Sistem administrator” qeyd edərək cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər**.**
Necə Müraciət Etmək Olar
Iktex
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11221
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə