Ana Səhifə
Vakansiyalar
Tikinti və İnşaat
SƏTƏM (HSE)

SƏTƏM üzrə mütəxəssis (regional)

SƏTƏM üzrə mütəxəssis (regional)

Manufacturing

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 21 may 2026

Təsvir

  • Regional SƏTƏM mütəxəssisi şirkətin Sumqayıt, Xaçmaz, Şirvan və Lənkəran regionlarında yerləşən obyektlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə uyğunluğun təmin edilməsi;

  • Fövqəladə Hallar Nazirliyi və digər nəzarət orqanları tərəfindən aparılan yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanmasına və təqdim edilməsinə nəzarət edilməsi;

  • İşçilərin giriş, ilkin və dövri SƏTƏM təlimatlandırılmasını təşkil və təmin ediməsi;

  • Obyektlərdə SƏTƏM üzrə təlimatların, əmrlərin və digər normativ sənədlərin vaxtında çatdırılması və tətbiqinin icra edilməsi;

  • İş yerlərində baş verən qəza, insident və digər hadisələrin araşdırılmasında iştirak edilməsi,

  • Baş verən hadisələrin səbəblərini analiz edir və təkrarlanmasının qarşısını almaq məqsədilə preventiv tədbirlər təklif edir, eyni zamanda bu hadisələr üzrə müvafiq hesabatları hazırlayaraq Regional SƏTƏM şöbəsinə və SƏTƏM direktoruna təqdim edilməsi;

Tələblər

  • Ali təhsil (əməyin mühafizəsi, mühəndislik, texniki sahələr və ya uyğun ixtisas üzrə);

  • SƏTƏM sahəsində ən azı 2-3 il iş təcrübəsi, sahə üzrə müvafiq sertifikatları olmalıdır;

  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə normativ biliklər;

  • MS Office proqramlarında işləmə bacarığı;

  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus və ya ingilis dili biliyi üstünlükdür);

  • Nəqliyyat vasitəsi olmalıdır, (idarə etmək bacarığı ezamiyyətlər üçün vacibdir);

  • Analitik düşüncə və problemlərin həll etmə bacarığı;

  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;

  • Stressə davamlılıq və sahə şəraitində işləmək bacarığı.

Qeyd: Namizəd regionlar üzrə mütəmadi səfərlərə hazır olmalıdır.

Necə Müraciət Etmək Olar

Avromed Company MMC

Avromed Company MMC

Manufacturing

Avromed Company MMC Azərbaycanda fəaliyyət göstərən aparıcı əczaçılıq (farmasevtika) şirkətlərindən biridir. Şirkət əsasən dərman vasitələrinin, tibbi məhsulların və səhiyyə təyinatlı malların idxalı və distribüsiyası ilə məşğuldur. Avromed beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edərək məhsullarını ölkə üzrə apteklərə, tibb müəssisələrinə və səhiyyə sektorunun digər iştirakçılarına çatdırır. Avromed Company MMC fəaliyyətində keyfiyyət, etibarlılıq və etik biznes prinsiplərini əsas tutur. Şirkət dərman bazarında davamlılığı təmin etmək, müasir logistika və anbarlama sistemləri ilə məhsulların təhlükəsiz dövriyyəsini həyata keçirmək və əhalinin keyfiyyətli tibbi məhsullara çıxışını artırmaq məqsədi daşıyır. Avromed eyni zamanda səhiyyə sektorunda peşəkar kadrların inkişafına və uzunmüddətli tərəfdaşlıqlara önəm verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14362

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya