SƏTƏM üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə sənədlərin hazırlanması, qeydiyyatı və aidiyyəti üzrə paylanmasının təşkili;
Anbar və digər obyektlər üzrə SƏTƏM sənədləşməsinin aparılması və nəzarətdə saxlanılması;
Təchizatçı şirkətlərlə koordinasiyanın həyata keçirilməsi;
Obyektlər üçün tələb olunan SƏTƏM blanklarının və materiallarının sifarişinin təşkili;
Ofis və obyektlərdə ilkin yoxlamaların aparılması və nəticələrin sənədləşdirilməsi;
SƏTƏM rəhbərinə hesabat, arayış və məlumatların hazırlanması və təqdim edilməsi;
SƏTƏM üzrə çağrı mərkəzinə daxil olan məlumat və şikayətlərin qeydiyyatı və yönləndirilməsi;
Daxili audit və yoxlamalarda iştirak etmək;
Verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrası.
Tələblər
Ali təhsil (əməyin mühafizəsi, ekologiya, mühəndislik və ya digər uyğun sahə üzrə);
Kişi namizədə üsdünlük verilir yaş həddi 23-ə qədər;
SƏTƏM sahəsinə maraq və bu istiqamətdə karyera qurmaq istəyi;
MS Office proqramlarında (Word, Excel, PowerPoint) ilkin səviyyədə işləmə bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ya ingilis dili biliyi üstünlükdür;
Sürücülük vəsiqəsinin olması üstünlükdür;
Komandada və müstəqil işləmək bacarığı;
Analitik düşüncə və problemlərin həllinə sistemli yanaşma;
Operativlik və nizam-intizam;
Öyrənməyə açıq olmaq və yeni bilikləri tez mənimsəmək;
Sahə üzrə ilkin nəzəri biliklər (risklərin qiymətləndirilməsi, təhlükəsizlik qaydaları və s.).
Qeyd: İş təcrübəsi tələb olunmur. Yeni məzunlar və karyerasına SƏTƏM sahəsində başlamaq istəyən namizədlər müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Avromed Company MMC
Manufacturing
Avromed Company MMC Azərbaycanda fəaliyyət göstərən aparıcı əczaçılıq (farmasevtika) şirkətlərindən biridir. Şirkət əsasən dərman vasitələrinin, tibbi məhsulların və səhiyyə təyinatlı malların idxalı və distribüsiyası ilə məşğuldur. Avromed beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edərək məhsullarını ölkə üzrə apteklərə, tibb müəssisələrinə və səhiyyə sektorunun digər iştirakçılarına çatdırır. Avromed Company MMC fəaliyyətində keyfiyyət, etibarlılıq və etik biznes prinsiplərini əsas tutur. Şirkət dərman bazarında davamlılığı təmin etmək, müasir logistika və anbarlama sistemləri ilə məhsulların təhlükəsiz dövriyyəsini həyata keçirmək və əhalinin keyfiyyətli tibbi məhsullara çıxışını artırmaq məqsədi daşıyır. Avromed eyni zamanda səhiyyə sektorunda peşəkar kadrların inkişafına və uzunmüddətli tərəfdaşlıqlara önəm verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14361
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+