SƏTƏM üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 22 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etməlidir.

  • Yeni işə qəbul olunanlara,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək.

  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.

  • İşçilərə təhlükəsizilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.

  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək

  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək.

  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.

  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.

  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirməsinə nəzarət etmək

  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

  • Ali texniki təhsilinin olması;

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • Sətəm üzrə tələb olunan uyğun sertifikatların olması;

  • Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;

  • Ms Office(Outlook, Word, Excel Aconex) proqramlarında işləmə bacarığı;

  • Azərbaycan, rus dilində qismən;

  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;

  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;

  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.

Əlavə məlumatlar:

  • İş rejimi: 6 gün.

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

  • İş yeri: Qarabağ

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “SƏTƏM üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 055 216 20 65

Necə Müraciət Etmək Olar

Az-Caspian Construction

Az-Caspian Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17638

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sahə memarı

Tam Ştat

Memarlıq sahəsi üzrə ali təhsil; Sahə üzrə ən azı 4-5 il iş təcrübəsi; Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında); MS Office, AutoCad, SketchUp, Adobe Photoshop, proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator, Lumion, 3DsMax arzu olunandır); Dil bilikləri: azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı; Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi arzuolunandır; Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər. Vəzifə öhdəlikləri: Memarlıq layihələrində sərbəst çalışmaq, eskiz və işçi layihələri hazırlamaq; İri miqyaslı layihələrdə işləmə bacarığı; Müasir materiallar və texnologiyalar ilə işləmə bacarığı (işıqlandırma, fasad materialları, landşaft elementləri və s.); Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi; Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi; Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi; Əlavə məlumatlar: İş rejimi: 6 gün. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. İş yeri: Qarabağ Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Sahə memarı” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65

Planlama Mühəndisi

Tam Ştat

Vəzifə öhdəlikləri Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması); Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi; İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi; Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; Gündəlik hesabatlar hazırlayır; Həftəlik və Aylıq hesabatlar hazırlayır; İşin və Maşın mexanizmlərinin məhsuldarlığının çıxarılmasını hazırlayır; Adam, say tətbiqinin histoqramlarının çıxarılmasını hazırlayır; İrəliləmə histoqramlarını tərtib edir; Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir; Layihə Planlama Primavera P6 proqramını tərtib edir; Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.): Yaş həddi: 25-45 Ali təhsil (İnşaat üzrə); Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi; İnnovativ standartlara uyğun işləməyi bacarmalı; MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli; Yüksək səviyyədə analitik-riyazi biliklər; Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; İnşaat norma və qaydalarını bilməlidir; İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları. Əlavə məlumatlar: İş rejimi: 6 gün. Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Planlama Mühəndisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə telefonu: 055 216 20 65