Şirkətlərə Qayıt
Az-Caspian Construction

Az-Caspian Construction

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

Az-Caspian Construction

İnşaat mühəndisi

Az-Caspian Construction

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;

Az-Caspian Construction

Mexanika (MEP) Mühəndisi

Az-Caspian Construction

Tam Ştat
Orta Səviyyə

İşin təsnifatı: Texniki və sənədlər toplusunun hazırlanması; Dizayn üzərindən layihələrin hazırlanmasına nəzarət; Layihə sənədlərinin hazırlanması; Tikinti sahəsinin vəziyyətinin yoxlanılması; İş öncəsi sifarişçi ilə layihə tələblərinin müzakirəsi; Təmir işləri görüləcək sahənin ölçü işlərinin götürülməsi; AutoCad ilə çizgilərin hazırlanması; Təkliflərin, texniki tapşırığın tələblərinə uyğunluğunun yoxlanması; Layihə hesabatlılığının hazırlanması; BOQ hazırlanması; Həftəlik layihələrin statusları haqda hesabatların verilməsi; Layihələrdə tikinti quraşdırma işlərinin standart və material istifadəsinin tələblərinə cavab verməsinə nəzarət; Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək; HVAC  istilik, ventilyasiya və kondisioner (ümumilikdə isitmə və soyutma sistemlərini) sistemlərinin istismarını,yoxlanışını bilməli və avadanlıqları tanımalıdır; Qaz sobalarına, qazanlara,  kondisionerlərə,AHU-lara,VRV-lərə,çillerlərə,istilik nasoslarına,su matorlarına , elektrik sobalarına, kanalsız split sistemlərə, nəmləndirmə və nəmləndirmə avadanlığına, elektron hava təmizləyicilərinə və hava təmizləmə sistemlərinə, evolution daxil olmaqla yaşayış məntəqələrinə nəzarət sistemlərinə xidmət göstərilməsi, təmiri və/və ya dəyişdirilməsini təmin etməlidir; Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb  daxili resusların və yaxud  3-cü tərəflərin hesabına  operativ həll etmək.