Sətəm üzrə Menecer
Tam Ştat
Menecer
1.500 AZN-dən
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək;
İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi;
Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.
Tələblər
Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və uyğun sahələr üzrə);
SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
ISO 45001 və 14001 standartları üzrə biliklər;
Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
Əmək şəraiti:
İş yeri – Binəqədi rayonu, Sulutəpə qəsəbəsi.
İş qrafiki: 6 gün
Nahar şirkət tərəfindən qarşılanır.
Telefon nömrəsi ilə təminat var.
Əmək haqqı 1500 AZN (net)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Camal LTD
Manufacturing
Camal LTD Azərbaycanda fəaliyyət göstərən və əsasən istehsal və distribüsiya istiqamətində ixtisaslaşmış şirkətdir. Şirkət yerli bazarda müxtəlif məhsulların təchizatı və satışını həyata keçirərək müştərilərə keyfiyyətli və etibarlı xidmət təqdim etməyi hədəfləyir. Camal LTD fəaliyyətində operativ logistika, müasir idarəetmə yanaşması və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. Şirkət bazarın tələblərinə uyğun olaraq məhsul portfelini genişləndirməyə və müştəri məmnuniyyətini artırmağa yönəlmiş strategiya ilə fəaliyyətini davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8547
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
201-500