Logistika Şöbəsi üzrə Müdir
Tam Ştat
Menecer
2.500 AZN-dən
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri
Şirkətin daxili logistika və anbar əməliyyatlarının effektiv şəkildə planlaşdırılması, təşkil olunması və nəzarətdə saxlanılması
Gündəlik anbar proseslərinin (malların qəbulu, yerləşdirilməsi, saxlanması, yüklənməsi və çıxarılması) düzgün icrasına rəhbərlik etmək
Anbar ehtiyatlarının vaxtında və dəqiq uçotunun aparılmasını təmin etmək
Malların dövriyyəsinin izlənməsi və ehtiyat səviyyəsinin optimallaşdırılması
Daxili daşınmaların və məhsul hərəkətlərinin koordinasiyası
Logistika və anbar komandalarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək.
Anbar və logistika sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
Tədarük, satış və istehsalat komandaları ilə əlaqəli şəkildə işləyərək proseslərin səmərəliliyini artırmaq.
Aylıq və illik inventar proseslərini təşkil etmək və nəticələrə nəzarət etmək.
Logistika və anbarla bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görmək.
Tələblər
Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə arzuolunandır)
Logistika və anbar sahəsində ən az 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
1C digər anbar idarəetmə proqramlarında təcrübə
Anbar və məhsul uçotu, yükləmə/boşaltma, daşınma prosesləri üzrə dərin biliklər
Komandaya rəhbərlik və proseslərin effektiv təşkil olunması bacarığı
Məsuliyyətli, dəqiq, təşəbbüskar və analitik düşüncəli olmaq
Güclü təşkilatçılıq və zamanın idarə olunması bacarığı
Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/ya ingilis dili bilikləri əlavə üstünlükdür.
İş şəraiti
Əmək haqqı – 2500-3000 AZN
Nahar Şirkət tərəfindən qarşılanır
Mobil nömrə
6 günlük iş rejimi
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Camal LTD
Manufacturing
Camal LTD Azərbaycanda fəaliyyət göstərən və əsasən istehsal və distribüsiya istiqamətində ixtisaslaşmış şirkətdir. Şirkət yerli bazarda müxtəlif məhsulların təchizatı və satışını həyata keçirərək müştərilərə keyfiyyətli və etibarlı xidmət təqdim etməyi hədəfləyir. Camal LTD fəaliyyətində operativ logistika, müasir idarəetmə yanaşması və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. Şirkət bazarın tələblərinə uyğun olaraq məhsul portfelini genişləndirməyə və müştəri məmnuniyyətini artırmağa yönəlmiş strategiya ilə fəaliyyətini davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9202
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
201-500