SƏTƏM mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “SƏTƏM mütəxəssis” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
Müəssisədə əməyin mühafizəsi işini təşkil etmək və əlaqələndirmək;
Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün rəhbərliyə hesabatlar təqdim etmək;
İş yerində baş verə biləcək qəza analizini etmək, onların qarşısının alınması üçün təkliflər vermək;
Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə nəzarət etmək;
İşçilərin əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanmasının və digər növ təlimatlandırmanın vaxtında və keyfiyyətli həyata keçməsini təmin etmək;
Əməyin mühafizəsi üzrə tətbiq edilən yerli qanunvericilik və digər normativ hüquqi aktların tələblərini işçilərin nəzərinə çatdırmaq.
Tələblər
:
Təhsil: Ali (Sahə üzrə)
İş təcrübəsi: 1 ilə kimi (istehsalat üzrə)
Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları və yerli qanunvericilik tələbləri haqqında bilgi.
Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;
İş barədə məlumat
İş qrafiki: 08:00-17:00 ( 6 günlük iş qrafiki, şənbə günləri iş saatı 08:00-dan 12:00-a dəkdir);
Iş yeri Binə qəsəbəsində yerləşir;
Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
Nahar şirkət tərəfindən təmin edilir..
Əmək haqqı 1000-1200 (net) manat
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Green Tech
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9303
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə