Aqronom köməkçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  “Green Tech” MMC şirkəti  “Aqronom köməkçisi” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində biliklər;

  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində biliklər;

  • Herbisidlər, fungisidlər, insektisidlər və digər kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində biliklər;

  • Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.

  • Məsuliyyət daşıdığı istixana daxilində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini təmin etmək;

  • İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsinə nəzarət etmək;

Tələblər

Tələblər və təminatlar:

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (arzu olunandır);

  • Təhsil: Ali təhsil,

  • İş təcrübəsi tələb olunmur;

  • Analitik düşünmə qabiliyyəti,operativlik və çeviklik;

  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;

  • Kompüter bilikləri: MS Office, Outlook;

  • İş yeri (Binə qəsəbəsi ərazisindədir);

  • İş rejimi 6 günlük.

  • Nahar və Servis şirkət tərəfindən təmin edilir.

  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom  köməkçisi” şəklində göstərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9617

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya