Servis üzrə menecer (JCB ağır texnika üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 18 yanvar 2026
Təsvir
İş şərtləri:
5 günlük iş qrafiki: saat 09:00-dən 18:00-dək
Şənbə və bazar istirahət günləri
Nahar fasiləsi: 13:00-dan - 14:00-dək
İlk 3 ay sınaq müddəti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Namizəd tələblər:
Ali texniki təhsil
İş təcrübəsi: Minimum 3-5 il
Sahə üzrə biliklər
Analoji peşə üzrə kurslar
Bu sahə üzrə sertifikat
Dil bilikləri: Azərbaycan, rus dilini səlis bilməlidir, ingilis dili arzuolunandır
Kompyuter Bilikləri: Mc Office
Rəhbər kimi fəaliyyət təcrübəsi
Sağlam, fiziki dözümlü, məsuliyyətli olmalıdır
Komandada işləmə bacarığı olmalıdır
Əmək intizamının yüksək olması
Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi
Xüsusi texnikanın quruluşunu bilmək;
Təmirə qəbul edilməsi və təmirdən sonra təhvil verilməsi qaydalarını;
Daxili nizam qaydalarını bilmək, əməyin mühafizəsinin qayda və normalarını bilmək;
Kargüzarlıq və sənəd dövriyəsi işlərini;
Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.
Vəzifə öhdəlikləri:
Vəzifə təlimatını, SƏTƏM və müəssisə daxili qaydaları bilməlidir;
Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
Servis tələblərinin tərtib edilməsi;
Daxili təlimlərdə iştirak etməli;
İş ilə bağlı ezamiyyətlərə getməli;
Bütün zəruri sənədlərin hazırlanması;
Şirkətə məxsus olan bütün texnika və avadanlığa görə cavabdehlik daşımaq;
Texnikanın iş saatına uyğun olaraq, onun servisi üzrə həftəlik/aylıq planın hazırlanması;
Servis işçilərini idarə etmək və yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasına nəzarət etmək;
Texniki heyəti təlimatlandırmaq;
Gündəlik texniki təhlükəsizlik təlimatlarını keçirmək və müvafiq blankda qeydlər aparmaq;
Aylıq hesabatların hazırlanması (işçinin iş saatı, texnikanın iş saatı və s.);
Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
Şirkətə məxsus texnikanın aylıq yoxlama planını hazırlamaq, texnikanın yoxlama nəticələri əsasında hesabat hazırlamaq;
Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
Müştərinin tələblərini vaxtında yerinə yetirmək;
Müştərilərin şikayətlərini araşdırmaq, həlli yollarını tapmaq, bu barədə hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
Bütün görüləcək işlər haqda rəhbərliyə məlumat vermək;
Texnikanın servisinə, təmirinə nəzarət etmək;
Servis xidmətinə aid bütün şirkətdaxili və şirkətxarici tapşırıqları işçilər arasında bölmək və yerinə yetirilməsinə nəzarət etmək;
Servis işçilərinin sayını və iş keyfiyyətini nizamlamaq;
Servis işçilərinin iş davamiyyətinə nəzarət etmək;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Servis üzrə menecer göstərməyiniz vacibdir.
Namizədlərdən CV-lərini ingilis və ya rus dillərində elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: +994512079888
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Tegeta Motors Baku
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3428
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə