Sertifikatlaşma üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Ümumi tələblər
Mühəndislik və ya uyğun texniki ixtisas üzrə ali və ya orta ixtisas təhsili.
QA/QC, sertifikatlaşdırma, qaynaq sənədləşməsi və ya keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi.
Neft-qaz, sənaye, istehsalat və ya iri tikinti layihələrində təcrübə üstünlükdür.
Keyfiyyət İdarəetmə Sistemi və sertifikatlaşdırma prosesləri üzrə biliklər.
Qaynaq sənədləri, NDT hesabatları və məlumat bazaları ilə işləmə təcrübəsi.
MT, RT və UT yoxlamaları və vizual inspeksiya hesabatları üzrə biliklər.
Qaynaq məlumat bazası, qaynaqçı kvalifikasiyası və sertifikat sənədlərinin idarə olunması üzrə təcrübə.
Hesabatların, statistik məlumatların və keyfiyyət sənədlərinin hazırlanması bacarığı.
Tikinti və istehsalat sənədləşmə sistemləri üzrə biliklər.
Yaxşı təşkilati və koordinasiya bacarıqları.
MS Office proqramlarında sərbəst işləmə bacarığı.
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri
Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğun olaraq sertifikatlaşdırma üzrə məlumat bazasını toplamaq, yeniləmək və nəzarətdə saxlamaq.
Sertifikat paketlərini hazırlamaq və sənədlərin düzgün idarə olunmasını təmin etmək.
MT, RT və UT nəzarət hesabatlarını aparmaq və boya sexi üzrə nəzarət formalarını doldurmaq.
Konstruksiya və borular üzrə MT, RT və UT vizual yoxlama hesabatlarını yoxlamaq.
Qaynaq məlumat bazasını yeniləmək, qaynaq işləri üzrə hesabatları aparmaq və nəzarət formalarını doldurmaq.
Qaynaqçı kvalifikasiyası üzrə məlumat bazasını yeniləmək və həftəlik hesabatlar hazırlamaq.
Boya işlərindən əvvəl boru və konstruksiyalar üzrə məlumatları yoxlamaq.
Konstruksiya və borular üzrə çalağ/statistika məlumatlarını hazırlamaq və layihə qrafikinə uyğun proqress hesabatlarını aparmaq.
KN hesabatlarının düzgün və davamlı aparılması üçün məlumatların sertifikatlaşdırma bazasına daxil edilməsini təmin etmək.
Tələb olunan məlumatları sertifikatlaşdırma bazasından çıxararaq Baş Sertifikat Mühəndisinə təqdim etmək.
Baş Sertifikat Mühəndisi üçün şifahi yekunlaşdırma, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək.
QA/QC, qaynaq, NDT və boya komandaları ilə koordinasiyalı işləmək.
Layihə üzrə bütün keyfiyyət sənədlərinin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi qaydalarına və prosedurlarına əməl etmək.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Azfen MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16763
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə