Ana Səhifə
Vakansiyalar

SƏNƏD DÖVRİYYƏSİ ÜZRƏ MÜTƏXƏSSİS

SƏNƏD DÖVRİYYƏSİ ÜZRƏ MÜTƏXƏSSİS

Tam Ştat

Direktor

1.000 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Daxili, daxil olan və xaric olan sənədlərin 1C “Sənədlərin dövriyyəsi” proqramında qeydiyyatının və icra proseslərinin təşkili;

  • Baş direktorun dərkənarlarına uyğun icra proseslərinin yaradılması və icra müddətlərinə nəzarət;

  • Cari sənədlərin saxlanılması, arxivləşdirilməsi və elektronlaşdırılması proseslərinin təşkili;

  • Saxlama müddəti bitmiş sənədlərin aktlaşdırılması və məhv prosesinin təşkili;

  • Müqavilələrin qeydiyyatı, skan olunması və aidiyyəti üzrə təqdim edilməsinin təmin edilməsi;

  • Əmrlərin, sərəncamların və digər sənədlərin uçotunun aparılması;

  • Məxfi və konfidensial sənədlərlə iş qaydalarına riayət olunmasının təmin edilməsi;

  • Birdəfəlik, müvəqqəti və daimi buraxılış vəsiqələrinin hazırlanması və müddətlərinə nəzarət;

  • İş yerindən arayışların hazırlanması və əməkdaş sorğularının operativ icrası;

  • Sənədlərin kuryer vasitəsilə göndərilməsi və çatdırılmasına nəzarət;

  • Yeni əməkdaşlara 1C “Sənədlərin dövriyyəsi” proqramı üzrə təlimlərin keçirilməsi;

  • Gündəlik talonlarının hazırlanmasının təşkili;

  • Sənəd dövriyyəsi üzrə aylıq hesabatların hazırlanması;

  • Sənəd dövriyyəsi proseslərinin optimallaşdırılması və şöbələrlə koordinasiyanın təmin edilməsi.

Tələblər

  • Ali təhsil (İdarəetmə, Hüquq, İqtisadiyyat və ya müvafiq sahə üzrə)

  • Sənəd dövriyyəsi və kargüzarlıq sahəsində minimum 1 il iş təcrübəsi

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel)

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı

  • Rus dili və ingilis dili – minimum B1-B2 (upper-intermediate) səviyyə (mütləqdir)

  • 1C: Document Management sistemi ilə işləmə bacarığı

  • Yüksək dəqiqlik və detallara maksimum diqqət

  • Məsuliyyətli yanaşma və verilən tapşırıqların vaxtında icrası

  • Sənədlərlə işləmədə səhvsiz və sistemli iş bacarığı

  • Gərgin iş rejimində fokuslanma və prioritetləri düzgün idarə etmə

  • Sənədlərin idarə olunması və arxivləşdirmə bacarığı

  • Komandada işləmə və vaxtın düzgün idarə edilməsi bacarığı

Necə Müraciət Etmək Olar

"VİP Xidmətlər Qrupu" MMC

"VİP Xidmətlər Qrupu" MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18439

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor