Maliyyə-iqtisad xidmətində Mühasib köməkçisi (Hava limanı)
"VİP Xidmətlər Qrupu" MMC
𝐕ə𝐳𝐢𝐟ə ö𝐡𝐝ə𝐥𝐢𝐤𝐥ə𝐫𝐢:
Gəlir və xərclərin uçotunun aparılması, 1C Proqramına işlənilməsinin təmin edilməsi;
Görülmüş işlər aktlarını və kassa hesabatlarını 1C proqramında icra edilmiş xidmətlərə, təqdim edilmiş mallara uyğun yoxlanılmasını və mühasibatlıq sisteminə işlənilməsinin təmin edilməsi;
-Qəbul olunan malların 1C sisteminə vaxtında mədaxil edilməsi;
-Görülmüş işlər aktlarına, təqdim edilmiş elektron qaimələrə, hesablara əsasən xərc sənədlərinin vaxtında uçotunun aparılması, daxili sifarişçilərin sifariş sənədlərini müqavilələrlə eyniləşdirilməsi, düzgünlüyünün yoxlanılması və 1C Mühasibatlıq proqramına işlənilməsi;
Hər rüb üzrə debitor və kreditorlarla üzləşmələrin aparılmasının təmin edilməsi;
Bank çıxarışlarının düzgün və vaxtında 1C Mühasibatlıq proqramında müvafiq subhesablara və bölmələrə işlənilməsi, qalıqların kassa hesabatlarının uçotunu aparan əməkdaşla vaxtaşırı yoxlanılması;
Növbə hesabatlarının vaxtında yoxlanılması, aşkar edilmiş uyğunsuzluqlar barədə müvafiq struktur bölmənin rəhbərinə məlumatın verilməsi, rəhbərliyə yazılı məlumatın çatdırılması;
Müqavilə şərtlərinə əsasən hesab-fakruta və elektron qaimələrin vaxtında hazırlanması və kontragentlərə göndərilməsinin təmin edilməsi.
Ə𝐦ə𝐤 şə𝐫𝐚𝐢𝐭𝐢:
- Əmək haqqı: 900 AZN (gross);
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Ümumi xidməti nəqliyyat və nahar ilə təmin etmə.