Satışa dəstək və marketinq üzrə menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Satışa dəstək və marketinq üzrə menecer” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblər
Kişi namizədlər;
Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
Yaş həddi: 22-35;
Tikinti sektorunda minimum 3 il müvafiq təcrübə;
Tikinti materialları və sənaye üzrə güclü biliklər;
Kompyuterdən istifadə bacarığı (MS Office (Word, Excel);
Şəxsi avtomobilinin olması üstünlükdür;
Azərbaycan dilində səlis danışıq;
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
Komanda ilə işləmək bacarığı;
Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş öhdəlikləri:
Marketinq kampaniyalarının dəstəklənməsi:
Proqram iştirakçılarının cəlb olunmasına və saxlanılmasına yönəlmiş marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə dəstəyin göstərilməsi.
İdeyaların generasiyası və tətbiq olunması.
Məlumatların təhlili:
Marketinq aksiyalarının və kampaniyalarının nəticələri haqqında məlumatların toplanması, işlənməsi və təhlili.
Hesabatların hazırlanması və gələcək təkmilləşdirmələr üçün təkliflərin verilməsi.
Məlumat bazasının seqmentləşdirilməsi:
Fərdiləşdirilmiş təkliflərin yaradılması üçün müştəri məlumat bazası ilə iş və onun seqmentləşdirilməsi.
Monitorinq və qiymətləndirmə:
Marketinq fəaliyyətlərinin effektivliyinin izlənməsi və mütəmadi olaraq menecerə hesabatların təqdim edilməsi.
Tərəfdaşlarla qarşılıqlı əlaqə:
Sadiqlik proqramı çərçivəsində işlərin koordinasiyası üçün tərəfdaşlar və digər şöbələrlə iş.
Satışları stimullaşdıran birgə aksiyalar və təkliflərin yaradılması üçün sadiqlik proqramı tərəfdaşları ilə qarşılıqlı əlaqə.
Kampaniya və təkliflərin hazırlanması:
Sadiqlik proqramı çərçivəsində satışların artırılmasına, satışa dəstək və müştərilərin saxlanılmasına yönəlmiş aksiyaların yaradılması və həyata keçirilməsi.
Satışa dəstək üzrə fəaliyyət planının hazırlanması.
Kampaniyaların monitorinqi:
Mövcud aksiyaların və təkliflərin effektivliyinin izlənməsi və təhlili, onların satışa və müştəri fəallığına təsirinin qiymətləndirilməsi.
Bazarın təhlili:
Rəqabət təkliflərinin və bazar vəziyyətinin araşdırılması, proqram üzvləri üçün üçün cəlbedici, satışı stimullaşdıran layihə təkliflərin hazırlanması.
Marketinq və Rəqəmsal Loyallıq şöbəsi ilə qarşılıqlı əlaqə:
Müvafiq şöbələrə aksiyaların və təkliflərin effektiv təşviqi üçün lazım olan bütün məlumat, planlama və materiallarla təmin edilməsi.
Analitika və hesabatlılıq:
Aksiyaların nəticələrinə dair hesabatların hazırlanması, analitik məlumatların təqdim edilməsi və onların optimallaşdırılması üçün təkliflərin verilməsi.
İş şəraiti:
Öyrədici və inkişafameyilli iş mühiti;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
İş vaxtı həftədə 6 gün;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına “Satışa dəstək və marketinq üzrə menecer“ başlığı altında göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Business Insight International Research Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14882
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer