Loyalty Program Data Analyst
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyalty Program Data Analyst” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblər
Kişi və ya xanım namizədlər;
Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə);
Yaş həddi: 22-35;
Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
Müvafiq sahədə ən azı 2 illik təcrübə;
Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı;
Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Excel bilikləri yüksək səviyyədə olmalıdır;
Phyton və SQL bilikləri də üstünlükdür.
İş öhdəlikləri:
Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.
İş şəraiti:
Öyrədici və inkişafameyilli iş mühiti;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
İş vaxtı həftədə 6 gün;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına “Loyalty Program Data Analyst” başlığı altında göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Business Insight International Research Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14879
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə