Satış və marketinq şöbəsinin satış üzrə kiçik mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir).
İT məhsul və xidmətləri barədə ilkin texniki anlayış: serverlər, şəbəkə avadanlıqları, proqram təminatı, bulud həlləri.
Ünsiyyət və təqdimat bacarıqları, müştərilərlə peşəkar münasibət qurmaq qabiliyyəti.
Kommersiya təkliflərinin hazırlanmasında və sənədlərlə işləməkdə əsas biliklər.
Öyrənməyə açıq olmaq, satış və İT sahəsində inkişaf etməyə motivasiya.
MS Office proqramları və CRM sistemləri ilə işləmək bacarığı.
Komandada işləmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək qabiliyyəti.
Vaxtın düzgün idarə edilməsi və bir neçə tapşırıqla paralel işləmək bacarığı.
Rus dili – yaxşı səviyyədə; ingilis dili – texniki mətnləri oxumaq və yazışma üçün üstünlükdür.
Öhdəliklər:
Satış prosesinin mərhələlərində iştirak: ilkin əlaqə, müştəri ehtiyaclarının müəyyən edilməsi, təqdimatların hazırlanması, kommersiya təkliflərinin tərtibi və müqavilə mərhələsinə dəstək.
Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsində aktiv iştirak.
Satış görüşlərinin təşkili və keçirilməsində, eləcə də danışıqlar prosesində böyük mütəxəssislərə dəstək göstərilməsi.
İT həlləri, məhsulları və xidmətləri üzrə təqdimatların hazırlanması və müştərilərə əsas funksional üstünlüklərin izahı.
Müştəri tələblərinin toplanması və ilkin təhlili, uyğun həllərin formalaşdırılması üçün texniki komanda ilə koordinasiya.
Tender proseslərində iştirak: texniki tapşırıqların öyrənilməsi, sənədlərin hazırlanmasında və təkliflərin formalaşdırılmasında dəstək.
Satış fəaliyyəti üzrə hesabatların hazırlanması, CRM sistemində məlumatların düzgün və vaxtında qeydiyyatı.
Marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə gündəlik operativ əməkdaşlıq.
Satış planlarının icrasında, müəyyən edilmiş fərdi və komanda KPI-larının yerinə
Şəxsi keyfiyyətlər:
Diqqətli;
Məsuliyyətlilik və stressə davamlılıq;
Məqsədyönlülük;
Loyallıq və punktual olmalı;
Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
Korporativ nömrə və danışıq balansı
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış şöbəsinin kiçik mütəxəssisi” sözünü qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Necə Müraciət Etmək Olar
Caspel
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4960
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə