Satış və marketinq şöbəsinin satış üzrə böyük mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir).
İT həlləri və xidmətlərinin satışında ən azı 4–5 il iş təcrübəsi (korporativ və ya B2B seqmentində).
İT məhsulları üzrə güclü texniki anlayış: server və şəbəkə infrastrukturu, bulud texnologiyaları, proqram təminatı, kibertəhlükəsizlik həlləri.
Yüksək səviyyəli danışıqlar bacarığı və C-Level müştərilərlə görüşlərdə uğurlu təcrübə.
Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və tender sənədləri ilə işləmək bacarığı.
Strategiyaların hazırlanması, satış proseslərinin optimallaşdırılması və iri layihələrin idarə edilməsi üzrə təcrübə.
MS Office, CRM sistemləri və satış analitikası üzrə sərbəst işləmək bacarığı.
Yüksək səviyyəli təqdimat, ünsiyyət və komandada işləmək bacarıqları.
Müxtəlif layihələrdə paralel işləmək, prioritetləri düzgün müəyyən etmək və vaxtı effektiv idarə etmək qabiliyyəti.
Rus və ingilis dillərində sərbəst danışıqlar aparmaq və yazışma bacarığı üstünlükdür.
Öhdəliklər:
Tam satış prosesinin idarə olunması: ilkin əlaqə, ehtiyacların müəyyən edilməsi, təqdimat, kommersiya təklifinin hazırlanması, müqavilənin bağlanması və layihənin sonrakı dəstəklənməsi.
Yeni müştərilərin axtarışı və cəlb edilməsi – İT həlləri, məhsulları və xidmətləri üzrə bazarının genişləndirilməsi.
Böyük və strateji müştərilərlə danışıqların aparılması, C-Level rəhbərlərlə görüşlərin təşkili və idarə olunması.
İnteqrasiya layihələri, proqram təminatı, server və şəbəkə həllərinin təqdimatı və müştəriyə texniki üstünlüklərin izahı.
Müştəri tələblərinin təhlili, fərdi yanaşmaların hazırlanması və ən uyğun həllərin seçilməsi üçün texniki mütəxəssislərlə əməkdaşlıq.
Tender proseslərində iştirak – texniki tapşırıqla işləmək, təkliflərin hazırlanması və layihələrin müdafiəsi.
Şirkətin strateji satış planlarının hazırlanmasında iştirak, yeni bazar imkanlarının müəyyən edilməsi.
Əsas müştərilərlə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi.
Şirkət daxilində marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə qarşılıqlı iş.
Satış göstəricilərinə, mənfəətə və bazar payına dair KPI-ların icrası.
Şəxsi keyfiyyətlər:
Diqqətli;
Məsuliyyətlilik və stressə davamlılıq;
Məqsədyönlülük;
Loyallıq və punktual olmalı;
Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
Korporativ nömrə və danışıq balansı
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış şöbəsinin aparıcı mütəxəssisi” sözünü qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Necə Müraciət Etmək Olar
Caspel
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4959
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə