Ana Səhifə
Vakansiyalar

Satış üzrə Məsul İcraçı

Satış üzrə Məsul İcraçı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 14 fevral 2026

Təsvir

Əmək funksiyası.

  • Mövcud gəlirin qaydasında saxlanılmasında və otelə yeni gəlir mənbələrinin cəlb edilməsində satış şöbəsinin işçilərinə dəstək olmaq;

  • Aylıq, rüblük, illik satış hədəflərinin əldə edilməsinə çalışmaq;

  • Fəaliyyət planı hazırlamaqla, onu icra etməklə və davamlı şəkildə müvafiq tədbirlər görməklə biznesin inkişaf etdirilməsini təmin etmək;

  • Daxili və xarici müştərilər, sifarişçilər, qonaqlar ilə keyfiyyətli şəkildə həm yazılı, həm də şifahi ünsiyyət aparmaq, onlara cəld, həvəsli və peşəkarcasına xidmət təqdim etmək;

  • Sərgilərdə və əlaqədar tanıtım layihələrində iştirak etmək, tədbirlər təşkil etmək,təkliflər vermək, istiqamətləndirmək, müqavilələri tərtib və icra etmək və s. kimi satış şöbəsinin fəaliyyəti ilə bağlı işləri idarə etmək;

  • Otel daxilində tanışlıq turları, satışı təşviq edəcək sərgilər təşkil etmək;

  • Satışla bağlı hesabatların dəqiq şəkildə aparılmasını təmin etmək:

  • Satış müqaviləsi imzalandıqdan sonra, müqavilə üzrə davam edəcək işləri idarə etmək və bu səpkidə digər şöbələr ilə əməkdaşlıq etmək;

  • Qonaqlar üçün otaqlar, qonaqları qarşılama mərasimləri, Otelin tarixi və irsi, fəaliyyət növləri və yerli proqramları barədə məlumatlar daxil olmaqla, Fairmont Bakı Otelin təklif etdiyi xidmətlərlə bağlı biliklərə yiyələnmək və bu məlumatları paylaşmaq;

  • Mövcud sistemlərin və təlimatların təkmilləşdirilməsi yollarını axtarmaq.

  • Sistem və proseduraların yaxşılaşdırılmasında iştirak etmək:

  • Yeni biznes imkanlarını araşdırmaq, müəyyənləşdirmək, təhlil etmək və inkişaf etdirmək:

  • Unikal, yenilikçi və fərdi qonaq təcrübəsini təmin edərək, tədbirin icrası ilə məşğul olmaq;

  • Effektiv satış görüşləri və ərazi səfərlərini planlaşdırmaq və həyata keçirmək;

  • Etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq

  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək və bu qoyulmuş satış hədəflərinə çatmaq.

  • Otel və/və ya bazar şərtlərinə əsaslanaraq, mövcud tur agentlikləri ilə müqavilələri uyğunlaşdırmaq və ya yenilərini hazırlamaq üçün araşdırma aparmaq:

  • Fəaliyyət planının hazırlanması və icrası vasitəsilə qrup, müvəqqəti və/yaxud banket biznesini inkişaf etdirmək, sağlam biznes təcrübələri vasitəsilə beynəlxalq operatorlardan, səyahət agentlərindən və iri həcmli tur şirkətləri ilə  yeni biznes imkanları əldə etmək:

  • Müqavilənin bütün təfərrüatlarının çatdırılmasını  və qonaqların razı qalmasını təmin etmək üçün, Qida və İaşə & Ön Ofis departamentləri ilə sıx əməkdaşlıq etmək, bütün əməliyyat tədbirləri sifarişləri və qrup təlimat vərəqlərini vaxtında digər şöbələrə düzgün şəkildə çatdırmaq:

  • İstirahət məqsədləri üçün səyahət agentlikləri tərəfindən edilmiş rezervasiyaları, qonaq otaqları üçün olan tələbləri, qida və iaşə, audiovizual məsələləri rezervasiya günündən gediş gününə qədər tam təşkil etmək:

  • Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq:

  • Fəal olaraq satışın bütün  sahələrində yeni potensial əlaqələrin axtarışı, inkişafı, və onların aktiv məhsuldar hesablara çevrilməsi üçün satış strategiyasına riayət etmək;

Tələblər

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)

  • Səlis Azərbaycan,İngilis,Rus dili

  • Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)

  • Opera PMS Software, Opera Sales & Catering / Opera Sales Force Automation, Property Manager Microsoft Windows kompüter proqramlarını bilmək.

  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.

  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.

  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.

  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.

  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək

  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.

  • Dinamik, öyrənməyə həvəsli olmaq

  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4903

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Gəlir üzrə Auditor

Tam Ştat

Əmək funksiyası: Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək Gündəlik gəlir barədə qeydiyyat aparmaq və gəlir hesabatını dəqiq şəkildə hazırlamaq Daxili Audit ilə bağlı işlərin və müvafiq prosedurları icra edilməsinə nəzarət etmək Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Opera PMS, Micros, Sun) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, daxili prosedurlara uyğunluğunu, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək Birbaşa rəhbər şəxs tərəfindən təyin edildiyi şəkildə bank hesablarının, digər balans hesabatlarının aylıq bağlanmasında və davamlı analizində köməklik göstərmək Audit işlərinin bütün sahələr üzrə qaydasında davam etməsini təmin etmək Bütün xidmətlərə görə ödəmələrin vaxtında həyata keçirildiyini yoxlamaq Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlar üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq.

Bakı

Debitor borclar üzrə Mühasib Köməkçisi

Tam Ştat

Əmək funksiyası Otelin bütün Şöbələrinin kredit və toplama proses və təlimatlarının mövcud qaydalarına müvafiq şəkildə çalışmasına görə məsul olmaq: Qonaqlardan və ya kredit şirkətlərindən gələn bütün tələblərin tez bir zamanda (mümkünsə, həmin gün) və peşəkar bir şəkildə həyata keçirilməsini təmin etmək. Hesabların ödənilməsi ilə bağlı araşdırmalar aparmaq və kredit əməliyyatlarının aparılmasında birbaşa rəhbərə köməklik etmək: 30 gündən yuxarı olan hesabları birbaşa rəhbərlə birgə nəzarətdən keçirmək və belə hesablar üçün şirkətin toplama proseduralrını həyata keçirmək. Otelə son 30 (otuz) gündən 60 (altmış) günə qədərki müddətdə daxil olmuş bütün qrupları və yerli ictimai iaşə xidmətlərinin hesabatlarını hazırlanması prosesinə köməklik göstərmək. Daxili hesabları yoxlamaq və hər şeyin otelin prosedurlarına müvafiq şəkildə olmasından əmin olmaq; ehtiyac olduqda, bu hesabların toplanma prosesində köməklik göstərmək. Kredit və debit fəaliyyəti ilə əlaqəsi olan bütün yerli və korporativ proses və təlimatlara riayət etmək. Təlimatlara riayət edərək, cari və vaxtı ötmüş hesabların sürətli və dəqiq şəkildə müştəri tərəfindən ödənişini təmin etmək. Vaxtı keçmiş və toplanmamış hesbların qaydasına salınması ilə bağlı gündəlik qeydiyyat işləri aparmaq. Qonaqlar ilə bağlı Mühasibat Kitabının Balans Hesabatlarına gündəlik şəkildə nəzarət etmək və hər hansısa çatışmamazlıqlar olduğu təqdirdə öz birbaşa rəhbərinin diqqətinə çatdırmaq. Gündəlik kredit kart ödənişlərini izləmək. Kredit kart bank hesablarını Otelin sistemi ilə yoxlamaq. Banka daxil olan ödənişlərin vaxtında mühasibat kitabında əks olunmasını təmin etmək. Elektron faktura və qaimələrin yazılmasında iştirak etmək. Müştərilərin kart hesablarına geri qaytarma ilə bağlı prosedurları həyata keçirmək. Kredit kart ödəmələri barədə ay sonunda hesabat və üzləşmələr hazırlamaq.