Satış təmsilçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
"Tovuz Beverage" MMC Şərq Bazarında (Xətai prospekti) yerləşən "Tovuz Konyak Evi" mağazasına satış sahəsində təcrübəli və gülərüz namizədləri komandasına dəvət edir.
Əsas Öhdəliklər:
Mağazaya daxil olan məhsulların qəbulu, yoxlanılması və vitrinlərə müvafiq qaydada yerləşdirilməsi;
Vitrinlərin gündəlik təmizliyinin və estetik səliqəsinin təmin edilməsi;
Müştərilərin qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar (şərab, konyak və s.) haqqında peşəkar məlumat verilərək satışın həyata keçirilməsi;
Satışın gündəlik qeydiyyatının aparılması, mədaxil və məxaric olunan vəsaitlərin düzgün izlənilməsi;
Günlük hesabatların rəhbərliyə təqdim olunması.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Şərq Bazarının otantik və komfortlu mühitində iş imkanı;
Razılaşma yolu ilə sabit əmək haqqı + satışdan gələn cəlbedici bonuslar.
Diqqət: Vakansiya ilə maraqlanan namizədlər qeyd olunan nömrə ilə saat 10:00-dan 19:00-a qədər zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.
Tələblər
Təhsil : Orta
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 - 35
Ailə vəziyyəti: Subay;
Dil bilikləri: Azərbaycan və Rus dillərini səlis bilməli (İngilis dili bilməsi böyük üstünlükdür);
Təcrübə: Satış sahəsində (1 ildən 3 ilə qədər)təcrübə mütləqdir, Alkoqollu içkilər, xüsusən şərab məhsullarının satışı sahəsində təcrübəsi olanlara üstünlük verilir;
Texniki bacarıq: Kassa və POS-terminallarla sərbəst işləmək bacarığı;
Şəxsi keyfiyyətlər: Xoş və səliqəli xarici görünüş, yüksək ünsiyyət qurmaq qabiliyyəti, dəqiqlik və intizam;
Davamlılıq: Stressə davamlılıq və gərgin iş rejimində operativ qərar vermə bacarığı;
İnkişaf: Məhsul çeşidləri haqqında məlumatları sürətlə öyrənməyə meyillilik.
Necə Müraciət Etmək Olar
Tovuz Beverage MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9270
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə