Satış təmsilçisi (Bəy və ya xanım)
"Tovuz Beverage" MMC Şərq Bazarında (Xətai prospekti) yerləşən "Tovuz Konyak Evi" mağazasına satış sahəsində təcrübəli və gülərüz namizədləri komandasına dəvət edir.
Əsas Öhdəliklər:
Mağazaya daxil olan məhsulların qəbulu, yoxlanılması və vitrinlərə müvafiq qaydada yerləşdirilməsi;
Vitrinlərin gündəlik təmizliyinin və estetik səliqəsinin təmin edilməsi;
Müştərilərin qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar (şərab, konyak və s.) haqqında peşəkar məlumat verilərək satışın həyata keçirilməsi;
Satışın gündəlik qeydiyyatının aparılması, mədaxil və məxaric olunan vəsaitlərin düzgün izlənilməsi;
Günlük hesabatların rəhbərliyə təqdim olunması.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Şərq Bazarının otantik və komfortlu mühitində iş imkanı;
Razılaşma yolu ilə sabit əmək haqqı + satışdan gələn cəlbedici bonuslar.
Diqqət: Vakansiya ilə maraqlanan namizədlər qeyd olunan nömrə ilə saat 10:00-dan 19:00-a qədər zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.