Satış təmsilçisi

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 26 may 2026

Son Tarix: 25 iyun 2026

Təsvir

Şöbə/Bölmə: Pərakəndə Satış

Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Mağaza müdiri

Tələblər

  • Təhsili: Orta texniki və ya ali təhsil

  • İş təcrübəsi: minimum 1-2 il

  • Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır

  • Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi

  • Əlavə: Satış və müştəri xidməti üzrə təlimlərdə iştirak, məhsul portfeli üzrə ilkin biliklər, təqdimat və aktiv ünsiyyət bacarığı, (elektrik məhsullarının satışı üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir).

Təklif:

  • Ofis - Dərnəgül. Ziya Bünyadov pr 2071;

  • Tələbin olduğu mağazalarımız: 13 Hüseyn Cavid Prospekti, Bakı (Elmlər Santral); Mərdəkan, 156, Bakı, Xəzər, AZ1076 (Mərdəkan Santral)

  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki

  • Nahar şirkət tərəfindən təmin edilir.

  • Əmək haqqı: 700 azn + bonus

Vəzifə öhdəlikləri

Müştəri və satış fəaliyyəti

  • Müştəriləri qarşılamaq, məhsul və xidmətlər barədə ətraflı məlumat təqdim etmək

  • Müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsul həlləri təklif etmək

  • İlkin və təkrarlanan satışları təşviq etmək və müştəri məmnuniyyətini təmin etmək

  • Məhsul təqdimatı zamanı diqqəti cəlb edən üsullardan istifadə etməklə satışları artırmaq

  • Müştəri şikayətlərini operativ və düzgün formada həll etmək

Satış planı və hesabatlar

  • Aylıq satış planlarını və hədəflərini yerinə yetirmək üçün aktiv satış fəaliyyəti aparmaq

  • Həftəlik və aylıq satış nəticələri barədə rəhbərliyə hesabat təqdim etmək

  • Müşahidə edilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək

İş prosesləri və prosedurlar

  • Mağazada məhsulların yerləşdirilməsi, vizual qaydalar və prosedurlara uyğunluğa riayət etmək

  • Satış sonrası dəstək göstərmək (məhsul qaytarılması və ya dəyişdirilməsinin izlənməsi)

  • Stokda mövcud olmayan məhsullar üzrə alternativ təkliflər hazırlamaq

  • Vəzifəyə aid bilikləri artırmaq və təlimlərdə iştirak etmək

  • Şirkətin dress-code və nizam-intizam qaydalarına riayət etmək

Səriştə və Bacarıqlar

  • Ünsiyyət bacarığı: müştəri ilə səmərəli və aydın ünsiyyət qurmaq bacarığı

  • Müştəri yönümlülük: müştəri ehtiyaclarını düzgün müəyyən edərək məmnuniyyəti təmin etmək

  • Məhsul və satış bilikləri: məhsul xüsusiyyətlərini təqdim etmək və satış texnikalarından istifadə etmək

  • Komanda ilə işləmək: kollektivdə əməkdaşlığı təmin etmək və ümumi hədəflərə fokuslanmaq

  • Stressə davamlılıq: yüksək iş tempində və gərgin situasiyalarda çalışmaq bacarığı

CV-lərinizi  “Satış təmsilçisi” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18328

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə