Ana Səhifə
Vakansiyalar

Satış Nümayəndəsi

Satış Nümayəndəsi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 8 fevral 2026

Təsvir

‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “Satış nümayəndəsi” axtarışındayıq

Vəzifə öhdəlikləri:

  • Şirkətin əməkdaşlıq etdiyi şirkət nümayəndələri, müştərilərlə əlaqənin qurulması;

  • Şirkətin marketinq, innovasiya və reklam istehsalatı xidmətlərinin aktiv satışını həyata keçirmək

  • Potensial müştərilərin axtarışı, ilkin əlaqələrin qurulması və müştəri bazasının genişləndirilməsi

  • Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun həll və xidmət paketlərinin təqdim edilməsi

  • Görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya təkliflərinin hazırlanması

  • Müqavilə danışıqlarının aparılması və satış prosesinin sonadək müşayiəti

  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi

  • Satış planlarının icrası və aylıq hesabatların hazırlanması

  • Bazar trendlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi

  • Daxili kreativ və prodakşn komandaları ilə koordinasiyalı işləmək

  • Prodakşn, reklam və ya şirkətin buna bənzər xidmətlər istiqamətində sifarişlərin qeydə alınmasını həyata keçirmək;

  • Fəaliyyətinə uyğun olaraq üst rəhbərinə aylıq hesabatlar təqdim etməli.

Namizədə dair tələblər:

  • Ali təhsilli;

  • Satış sahəsində minimum 2-3 il iş təcrübəsi (reklam, marketinq, prodakşn və ya B2B xidmət satışında təcrübə üstünlükdür)

  • Güclü ünsiyyət və təqdimat bacarıqları

  • Müştəri yönümlü və nəticəyönümlü düşüncə tərzi

  • Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı

  • MS Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı

  • Stressə davamlılıq və planla işləmə bacarığı

  • Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq

  • Ölkə daxilində ezam getmək kimi məqamları nəzərə almalıdır.

Əlavə məlumat:

  • Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;

  • I-V Günlər, qanunvericiliyə əsaslanan iş saatları;

  • Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır. Əlavə olaraq satışdan bonuslar.

Maraqlanan namizədlərin cv-lərini “Satış nümayəndəsi” başlığı altında göstərilən email ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4319

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Creative Copywriter / Yaradıcı Kopirayter

Tam Ştat

Prime Agency is looking for a Creative Copywriter If you know how to play with words, think creatively, and have a strong portfolio to prove it — we’d love to hear from you What we expect from you: Minimum 1 year of experience in copywriting and/or creative content production Strong writing skills in Azerbaijani(Russian or English is a strong advantage) Good understanding of communication principles and market trends Creative, out-of-the-box mindset Understanding of creative direction and brand tone Ability to take responsibility when working with big brands Proactive, fast, and communicative approach to work Responsible and detail-oriented attitude Strong “can do” mindset Send your CV and portfolio with the subject line “Copywriter” or “Content Creator” to the e-mail address in the Apply for job button, and include a short introduction about yourself. PR!ME Agency Yaradıcı Kopirayter axtarışındadır Sözlərlə oynamağı bacarırsınızsa, fərqli baxış bucağınız və güclü portfolionuz varsa — sizi komandamızda görmək istərdik Sizdən gözləntilərimiz: Kopiraytinq və ya yaradıcı kontent sahəsində minimum 1 il təcrübə Azərbaycan dilində güclü yazı bacarığı (Rus və ya İngilis dili üstünlükdür) Kommunikasiya prinsipləri və bazar trendləri barədə məlumatlılıq Yaradıcı və “out of the box” düşüncə tərzi Creative direction anlayışına sahib olmaq Böyük brendlərlə işləyərkən məsuliyyət daşımaq bacarığı Proaktiv, sürətli və ünsiyyətcil olmaq Məsuliyyətli və detallara diqqətli yanaşma Güclü “can do” yanaşması CV və portfolionuzu, mövzu hissəsində “Copywriter” və ya “Content Creator” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərin və özünüz haqqında qısa məlumat yazın.

İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)

Tam Ştat

‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)” axtarışındayıq. Vəzifə öhdəlikləri: Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq (reklam və buna bənzər fəaliyyətlər) istehsalat proseslərinin ümumi planlaşdırılması, təşkili və idarə edilməsi; İstehsalat qrafiklərinin hazırlanması, iş bölgüsünün aparılması və işlərin icrasına nəzarət; İstehsalat sahəsində çalışan ustaların və texniki heyətin idarə olunması və koordinasiyası; Material ehtiyaclarının müəyyən edilməsi və satınalma prosesi ilə əlaqələndirmə; Layihələrin texniki tapşırıqlara, keyfiyyət standartlarına və təhvil tarixlərinə uyğun icrasına nəzarət; İstehsalat zamanı yaranan texniki problemlərin operativ həlli; Montaj və demontaj işlərinin planlaşdırılması və sahədə icraya nəzarət; Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət olunmasına nəzarət; İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Dizayn, satış və prodakşn komandaları ilə sıx əməkdaşlıq. Namizədə dair tələblər: İstehsalat və ya prodakşn sahəsində minimum 5 il iş təcrübəsi**,** o cümlədən rəhbər vəzifədə təcrübə; Reklam, sərgi stendləri, mebel və ya oxşar istehsalat sahələri üzrə bilik və təcrübə; İstehsalat planlaşdırılması və resursların effektiv idarə olunması bacarığı; Texniki çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı; Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları Stressli və intensiv iş mühitində işləmə bacarığı Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür) Əlavə məlumat: Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə; İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır; Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır. Maraqlanan namizədlərin cv-lərini “İstehsalat şöbəsinin rəhbəri” başlığı altında göstərilən email ünvanına göndərmələri xahiş olunur.

Mebel ustası

Tam Ştat

‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “Mebel ustası” axtarışındayıq. Vəzifə öhdəlikləri: Reklam stendləri, sərgi stendləri və xüsusi dizaynlı konstruksiyalar üçün taxta və mebel elementlərinin hazırlanması; Çertyoj və texniki tapşırıqlara əsasən ölçü götürülməsi, kəsim və yığım işlərinin icrası; MDF, DSP, faner və digər mebel materiallarla işləmək; Hazırlanan mebel və konstruksiyaların keyfiyyətə uyğunluğuna nəzarət; Stendlərin, mebel tərkibli qurğuların yerində montaj və demontajının həyata keçirilməsi; Lazım gəldikdə sahə ölçülərinin götürülməsi; Əmək təhlükəsizliyi qaydalarına riayət etmək; Komanda ilə koordinasiyalı işləmək və razılaşdırılan tarixdə işlərin təhvili. Namizədə dair tələblər: Mebel ustası kimi minimum 3 il iş təcrübəsi**(**reklam / sərgi stendləri sahəsində təcrübə üstünlükdür) Taxta və mebel materialları ilə işləmə bacarığı; Elektrik və mexaniki alətlərlə (frezer, mişar, drel və s.) sərbəst işləmək; Texniki çertyojları oxumaq və tətbiq etmək bacarığı; Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq; Laminasiya, boya və lak işləri üzrə ilkin biliklər; Sərgi və tədbirlər sahəsində montaj təcrübəsi. Əlavə məlumat: Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə; İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır; Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır. Maraqlanan namizədlərin cv-lərini “Mebel Ustası” başlığı altında göstərilən email ünvanına göndərmələri xahiş olunur.