İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 8 fevral 2026
Təsvir
‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “İstehsalat şöbəsinin rəhbəri (Prodakşn menecer)” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq (reklam və buna bənzər fəaliyyətlər) istehsalat proseslərinin ümumi planlaşdırılması, təşkili və idarə edilməsi;
İstehsalat qrafiklərinin hazırlanması, iş bölgüsünün aparılması və işlərin icrasına nəzarət;
İstehsalat sahəsində çalışan ustaların və texniki heyətin idarə olunması və koordinasiyası;
Material ehtiyaclarının müəyyən edilməsi və satınalma prosesi ilə əlaqələndirmə;
Layihələrin texniki tapşırıqlara, keyfiyyət standartlarına və təhvil tarixlərinə uyğun icrasına nəzarət;
İstehsalat zamanı yaranan texniki problemlərin operativ həlli;
Montaj və demontaj işlərinin planlaşdırılması və sahədə icraya nəzarət;
Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət olunmasına nəzarət;
İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Dizayn, satış və prodakşn komandaları ilə sıx əməkdaşlıq.
Namizədə dair tələblər:
İstehsalat və ya prodakşn sahəsində minimum 5 il iş təcrübəsi**,** o cümlədən rəhbər vəzifədə təcrübə;
Reklam, sərgi stendləri, mebel və ya oxşar istehsalat sahələri üzrə bilik və təcrübə;
İstehsalat planlaşdırılması və resursların effektiv idarə olunması bacarığı;
Texniki çertyoj və layihə sənədlərini oxumaq və tətbiq etmək bacarığı;
Güclü liderlik, təşkilatçılıq və qərarvermə bacarıqları
Stressli və intensiv iş mühitində işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür)
Əlavə məlumat:
Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Maraqlanan namizədlərin cv-lərini “İstehsalat şöbəsinin rəhbəri” başlığı altında göstərilən email ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Prime Agency
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4315
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə