Satış məsləhətçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq;

  • Məhsullar (notbuklar, smartfonlar, məişət texnikası və s.) haqqında müştərilərə ətraflı məlumat vermək;

  • Müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimində köməklik göstərmək;

  • Satış planlarının və hədəflərinin yerinə yetirilməsini təmin etmək;

  • Məhsulların rəflərdə səliqəli düzülüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək.

  • Şirkətin portfelində olan yeni texnologiyaları və cihazları dərindən öyrənmək, texniki yeniliklərdən daima xəbərdar olmaq;

  • Müştərilərin müraciətlərini, şikayət və təkliflərini dinləmək, onları operativ şəkildə həll etmək və ya rəhbərliyə yönləndirmək;

  • Görülən işlər və satış nəticələri barədə gündəlik/aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə dair tələblər:

  • Ali və ya orta-ixtisas təhsili;

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi (elektronika sahəsi arzuolunandır);

  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);

  • Texnologiyaya maraq və öyrənməyə həvəs;

  • Ünsiyyətcil, punktual və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • Əmək haqqı: Fix (məvacib) + Satışdan bonuslar;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Müraciət üçün:
CV-nizi mövzu hissəsində "Satış məsləhətçisi" qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13916

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kreativ Kopirayter

Tam Ştat

Araznet MMC — texnologiya şirkəti olaraq təhlükəsizlik və müşahidə sistemləri, şəbəkə avadanlıqları, ağıllı ev və bina avtomatlaşdırması, yanğından mühafizə, giriş nəzarəti, audio-vizual və enerji infrastrukturu sahələrində satış və layihələndirmə xidmətləri göstərir. Hikvision, TP-Linka, Ezviz və Sonoff kimi dünyaca tanınan brendlərin rəsmi distribütoru olan şirkət, 1993-cü ildən fəaliyyət göstərən ABV mağazalar şəbəkəsi ilə geniş tanınır. 30 ildən artıq ərzində qazandığımız etimad ilə kiçik biznesdən tutmuş iri miqyaslı müəssisələrə qədər minlərlə müştəriyə xidmət göstəririk. Vəzifə haqqında: Biz Marketinq komandamıza yaradıcı və texnologiyaya marağı olan bir Kopirayter axtarırıq. Siz brendimizin səsi olacaqsınız — mürəkkəb texnoloji məhsulları aydın, cəlbedici məzmuna çevirərək həm korporativ müştərilərə, həm də son istehlakçılara çatdıracaqsınız. Dizayn, Marketinq və Kommersiya komandaları ilə sıx əməkdaşlıq edərək bütün ünsiyyət kanallarında kontent yaradacaqsınız. Əsas vəzifələr: Məhsul səhifələri, landing page-lər və şirkət saytı üçün SEO tələblərinə uyğun, aydın və cəlbedici mətnlər yazmaq Hikvision, TP-Link, Sonoff və digər məhsul xətləri üçün rəqəmsal və çap reklam materialları hazırlamaq LinkedIn, Instagram və digər platformalar üçün sosial media kontent təqvimini idarə etmək və məzmun hazırlamaq Texniki məhsul təsvirləri və həll brifinqləri oxunaqlı bir dildə hazırlamaq Mətn və vizualların bir-birini tamamlamasını təmin etmək üçün Dizayn komandası ilə əməkdaşlıq etmək Bütün marketinq materiallarını yayımlanmazdan əvvəl nəzərdən keçirmək və redaktə etmək