Ana Səhifə
Vakansiyalar

Satış Meneceri (Sales Manager)

Satış Meneceri (Sales Manager)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 26 iyun 2026

Təsvir

Pilgrim Education – beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qabaqcıl şirkət – öz komandasında “Satış Meneceri” vəzifəsinə peşəkar namizədləri dəvət edir.

Əsas vəzifələr:

  • Şirkətin təhsil xidmətləri və proqramları üzrə satış hədəflərinin müəyyən edilməsi və həyata keçirilməsi;

  • Potensial müştərilərin cəlb edilməsi, yeni satış imkanlarının araşdırılması və müştəri bazasının genişləndirilməsi;

  • Satış prosesinin bütün mərhələlərinin idarə olunması – ilkin əlaqədən müqavilənin bağlanmasına qədər;

  • Müştərilərlə uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələrinin qurulması və saxlanılması;

  • Bazar tendensiyalarının, rəqiblərin və müştəri ehtiyaclarının təhlil edilməsi;

  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə müntəzəm təqdimatların verilməsi;

  • Marketinq və konsultasiya komandaları ilə koordinasiyalı işləyərək satış strategiyalarının hazırlanması;

  • Pilgrim Education-ı təmsil etmək üçün təhsil sərgiləri, seminarlar və şəbəkələşmə tədbirlərində aktiv iştirak etmək.

Tələblər

  • Ali təhsil (bakalavr dərəcəsi minimum);

  • Satış və ya biznes inkişafı sahəsində minimum 2 il iş təcrübəsi (təhsil sahəsində təcrübə üstünlükdür);

  • Satış hədəflərinə nail olma və nəticəyönümlü iş təcrübəsi;

  • Güclü danışıq, inandırma və təqdimat bacarıqları;

  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili əlavə üstünlükdür);

  • Müştəri yönümlü düşüncə tərzi və münasibətlərin idarə olunması bacarığı;

  • Müstəqil işləmək, təşəbbüskar olmaq və detallara diqqət yetirmək;

  • CRM sistemləri, Microsoft Office və Google Workspace ilə işləmək bacarığı;

  • Komanda ilə işləmək və sıx son tarixlərdə fəaliyyət göstərmək bacarığı.

Pilgrim Education sizə təklif edir:

  • Rahat və müasir iş mühiti;

  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;

  • Rəqabətqabiliyyətli əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;

  • Peşəkar və dəstəkləyici komanda;

  • Yerli və beynəlxalq tədbirlərdə iştirak imkanı.

Əgər siz satış sahəsində uğur qazanmağı sevirsiniz, nəticəyönümlü və hədəflərə can atan bir peşəkarsınızsa, beynəlxalq təhsil sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə və dinamik mühitdə çalışmaq sizin üçün motivasiyadırsa – sizi komandamıza qoşulmağa dəvət edirik!

CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində qeyd edin: Satış Meneceri vakansiyası

Necə Müraciət Etmək Olar

Pilgrim Education

Pilgrim Education

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18725

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə