Telesatış üzrə Mütəxəssis
Pilgrim Education – beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkət – potensial müştərilərlə telefon üzərindən effektiv satış ünsiyyəti qura biləcək, nəticəyönümlü Telesatış üzrə Mütəxəssis axtarır.
Bu vəzifə müraciət etmiş tələbələrlə əlaqə saxlamaq, onları şirkətin xidmətləri barədə məlumatlandırmaq və konsultasiyaya yönləndirməklə satış prosesini dəstəkləmək məqsədi daşıyır.
Əsas vəzifələr:
Daxil olan müraciətlər (lead-lər) üzrə potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq.
Xaricdə təhsil xidmətləri, proqramlar və digər məhasullar haqqında ilkin məlumat vermək.
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətlərə yönləndirmək.
Satış skriptlərinə uyğun şəkildə peşəkar və inandırıcı ünsiyyət qurmaq.
Müştəri məlumatlarının CRM sisteminə düzgün və vaxtında daxil edilməsi.
Zəng nəticələrinin gündəlik və aylıq hesabatlarının hazırlanması.
Satış planı və hədəflərinə (KPI) uyğun fəaliyyət göstərmək.