Ana Səhifə
Vakansiyalar

Satış meneceri

Satış meneceri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 16 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Tabeliyində olan korporativ satış mütəxəssislərinə birbaşa rəhbərlik edərək, Kommersiya departamentin davamlı və səmərəli fəaliyyətini təmin etmək;

  • Cəmiyyətin istehsal etdiyi məhsullarının satışını həyata keçirmək, yeni satış kanallarının araşdırıb tapılmasını, satış bazarının araşdırılmasını və müştəri təlabatının öyrənilməsini təşkil etmək;

  • Müştərilərlə əlaqələr quraraq Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq və onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;

  • Müştərilərin sifarişlərinin təyin olunmuş müddətlərdə istehsalda hazırlanmasını nəzarətdə saxlamaq və hazırlanmış məhsulun müştərilərə vaxtında çatdırılmasını təmin etmək;

  • Satışın yüksəldilməsi və satış prosesinin effektivliyinin artırılması ilə bağlı məsələlərdə fəal iştirak etmək, satışı düzgün idarə etmək və öz təkliflərini Kommersiya direktoruna bildirmək;

  • Daim müştərini tam razı salan davranış nümayiş etdirmək, onu lazımi informasiyalarla təmin etmək və müştəri problemlərini dərhal araşdıraraq müvafiq tədbirlər görmək;

  • Aylıq, rüblük, illik satış planlarını hazırlamaq, Kommersiya direktoruna təqdim etmək və plana uyğun fəaliyyətini həyata keçirmək;

  • Həm daxili, həm də xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən etmək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlillər aparmaq;

  • Cəmiyyətin internet saytındakı və digər internet resurslarındakı məlumatların mütamadi olaraq yenilənməsinə nəzarət etmək;

  • Satış bazarında lazım gələrsə, reklam ehtiyacını təhlil etmək, satış məqsədləri üçün reklam mətnlərini hazırlamasına, cəmiyyətin reklam fəaliyyətinin təşkil edilməsinə, reklam yerləşdirmələrinə aid reklam agentlikləri ilə birbaşa əməkdaşlıq etmək;

  • Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirmək və onlardan lazımi dəstək almaq.

  • Satış ilə bağlı hazırlanmış bütün müqavilələrin surətini və satış protokollarını kommersiya departamentində qovluqlarda yığaraq il boyu saxlanmasını təmin etmək və prosesi nəzarətdə saxlamaq.

  • Məhsul çeşidinin planlaşdırılması və Cəmiyyətin məhsul siyasətinin hazırlanmasında eləcə də istehsal edilən və gələcəkdə istehsal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsində birbaşa iştirak etmək.

  • İstehsalın bazarın tələbatına və müştərilərin tələbinə uyğunlaşdırılması üçün vaxtaşırı təkliflər vermək;

  • Cəmiyyətin məhsullarına dair qiymətqoyma strategiyası və taktikasını işləyib hazırlamaq;

  • Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada müştərilərə və satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını idarə etmək və ümumi prosesi nəzarətdə saxlamaq;

  • Satışa buraxılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları  dəqiq və ətraflı hazırlayıb rəhbərliyə yazılı surətdə  təqdim etmək;

  • Məhsulların müştərilərə təslimi və ödəmələr zamanı meydana çıxan problemləri həll etmək, satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

  • Satışla bağlı müvafiq məlumatların ERP proqramına işlənilməsinə nəzarət etmək.

  • Mütəmadi olaraq satışla əlaqədar vacib seminar və təlimlərdə iştirak etmək.

  • Kommersiya direktorunun və ya Direktorun satış sahəsi üzrə verdiyi digər şifahi, yazılı tapşırıqları icra etmək.

Vəzifə üzrə tələblər:

  • Yaşı: 21-35 yaş

  • Təhsil tələbləri: Bakalavr

  • Staja dair tələb: Ən azı 3-5 il

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət

  • Satış bilikləri

  • Təqdimetmə

  • Operativlik

  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office Outlook

  • Logix ERP

Dil bilikləri:

  • Azərbaycan, Rus və İngilis dillərini danışıq səviyyədə bilməli

İş şərtləri:

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

  • Əmək haqqı: razılaşma əsasında.

  • İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış meneceri” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Caspian Cable Systems

Caspian Cable Systems

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5115

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketinq meneceri

Tam Ştat

Vəzifə öhdəlikləri: Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi; Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi; Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması; Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi; Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi; Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması; Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi; Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi; PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi; Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək; Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması; Qiymət strategiyasının işlənib hazırlanması üçün rəqib şirkətləri üzrə qiymət araşdırmasının aparılması; Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması; Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi; Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi; Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi. Brendin tanıdılması üçün aktyor və rejissorlarla fərdi görüşlərin keçirilməsi Tanınmış iş adamları, şirkət rəhbərləri və dizaynerlərlə Şirkət məhsullarının təqdimatı və tanımı istiqamətində görüşlər keçirmək Aylıq və illik hesabatlar hazırlamaq Vəzifə üzrə tələblər: Yaşı: 21-35 yaş Təhsil tələbləri: Bakalavr Staja dair tələb: Ən azı 3 il İxtisas səriştələri: Effektiv ünsiyyət Satış bilikləri Təqdimetmə Operativlik Dəqiqlik Kompüter biliklərinə dair tələblər: MS Office Outlook1 C Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini danışıq səviyyədə bilməli İş şərtləri: 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər Əmək haqqı: razılaşma əsasında İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.