Marketinq meneceri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 16 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək;
Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Qiymət strategiyasının işlənib hazırlanması üçün rəqib şirkətləri üzrə qiymət araşdırmasının aparılması;
Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Brendin tanıdılması üçün aktyor və rejissorlarla fərdi görüşlərin keçirilməsi
Tanınmış iş adamları, şirkət rəhbərləri və dizaynerlərlə Şirkət məhsullarının təqdimatı və tanımı istiqamətində görüşlər keçirmək
Aylıq və illik hesabatlar hazırlamaq
Vəzifə üzrə tələblər:
Yaşı: 21-35 yaş
Təhsil tələbləri: Bakalavr
Staja dair tələb: Ən azı 3 il
İxtisas səriştələri:
Effektiv ünsiyyət
Satış bilikləri
Təqdimetmə
Operativlik
Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
MS Office Outlook1 C
Dil bilikləri:
Azərbaycan, Rus və İngilis dillərini danışıq səviyyədə bilməli
İş şərtləri:
6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
Əmək haqqı: razılaşma əsasında
İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Caspian Cable Systems
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5114
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə