Satış Meneceri

Bakı

Tam Ştat

Menecer

500 - 800 AZN

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 23 may 2026

Təsvir

Metal və tikinti məhsullarının satışı ilə məşğul olan şirkətimiz komandamıza qoşulmaq üçün enerjili və məsuliyyətli Satış Meneceri axtarır.

Sizin əsas rolunuz daxil olan müraciətləri düzgün idarə etmək, müştərilərə dəstək olmaq və onları uğurlu satışa çevirmək olacaq.

Vəzifələr:

  • Daxil olan zəng və müraciətləri operativ və nəzakətli şəkildə cavablandırmaq

  • Müştərinin ehtiyacını anlayaraq uyğun məhsul təklif etmək

  • Satış prosesini effektiv idarə etmək və sifarişləri tamamlamaq

  • Müştəri məlumatlarını sistemdə dəqiq və səliqəli şəkildə qeyd etmək

  • Qiymət təklifi verilmiş müştərilərlə yenidən əlaqə saxlayaraq satışı yekunlaşdırmaq

  • Zərurət olduqda mövcud müştəri bazası ilə əlaqə saxlamaq

Tələblər

  • Güclü ünsiyyət və satış bacarıqları

  • Telefon vasitəsilə işləmə qabiliyyəti

  • Pozitiv, enerjili və ünsiyyətcil olmaq

  • Məsuliyyətli və nəticə yönümlü yanaşma

  • Satış sahəsində təcrübə arzuolunandır

  • CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür

Biz nə təklif edirik:

  • Stabil və rahat iş mühiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00

  • Şənbə: 10:00 – 15:00

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu

  • Maaş: 500–800 AZN + satışdan əlavə bonus

  • İnkişaf və karyera imkanları

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14701

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya