Təsvir
Metal məhsulları və digər tikinti məhsullarının satışı ilə məşğul olan şirkətimiz komandaya qoşulmaq üçün Satış Meneceri axtarır.
Müştərilər əsasən saytımız və reklam kanalları vasitəsilə bizimlə əlaqə saxlayırlar. Satış menecerinin əsas vəzifəsi daxil olan zəngləri və müraciətləri düzgün idarə etmək, müştərilərə məhsullar haqqında məlumat vermək və müraciətləri uğurlu satışa çevirməkdir.
Bəzi hallarda satış imkanlarını artırmaq məqsədilə mövcud müştəri bazası üzrə zənglərin edilməsi də tələb oluna bilər.
Vəzifə Öhdəlikləri
Daxil olan zəng və müraciətləri operativ idarə etmək
Müştərinin ehtiyacını düzgün analiz edib uyğun təklif təqdim etmək
Müraciətləri satışa çevirmək və sifarişləri bağlamaq
CRM sistemində bütün məlumatları qeyd etmək və satış prosesini izləmək
Qiymət təklifi alan müştərilərlə yenidən əlaqə saxlayaraq satışı bağlamaq (follow-up)
Lazım olduqda mövcud müştəri bazası ilə satış məqsədilə işləmək
Tələblər
Güclü ünsiyyət və satış bacarığı
Telefon vasitəsilə satış aparmaq bacarığı
Nəticə yönümlü və məsuliyyətli olmaq
Satış sahəsində təcrübə üstünlükdür
CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür
İş Şərtləri
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə: 10:00 – 15:00
İş yeri: N.Nərimanov (Bakı şəhəri)
Maaş
Sabit maaş: 500-800 AZN
Komissiya: hər uğurlu satışdan əlavə qazanc
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
PIM Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12138
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer