Satış meneceri

Bakı

Tam Ştat

Menecer

700 - 1.000 AZN

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 16 aprel 2026

Təsvir

İş şəraiti

  • İş qrafiki: 8 saatlıq, növbəli iş qrafiki

  • Əmək haqqı: Min. 700 azn + bonus sistemi ilə

Öhdəliklər

  • Müştərilərə saat modelləri, brendlər və xüsusiyyətlər barədə ətraflı məlumat vermək

  • Satış prosesini şirkət standartlarına uyğun şəkildə həyata keçirmək

  • Müştəri ehtiyaclarını düzgün analiz edərək uyğun məhsul təklif etmək

  • Vitrinlərin səliqəli və cəlbedici görünüşünü təmin etmək

  • Kassa əməliyyatlarında iştirak etmək

  • Günlük satış hesabatlarının hazırlanmasında iştirak.

Tələblər

  • Xanım namizəd üstünükdür

  • Satış sahəsində ən az 1 il təcrübə

  • Ünsiyyətcil, məsuliyyətli və müştəriyönümlü yanaşma

  • Səliqəli görünüş və təqdimat bacarığı

  • Komandada işləmək bacarığı

  • Azərbaycan dili mütləqdir, ingilis dili üstünlükdür

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11393

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

HR / İnsan resursları Mütəxəssisi

Tam Ştat

Vəzifə: HR Menecer / İnsan Resursları üzrə Mütəxəssis Sektor: Pərakəndə satış (Saat mağazalar şəbəkəsi) İş qrafiki: 09:00 – 18:00 (5 günlük) Əsas Öhdəliklər və Gözləntilər: 1. Strateji İşə Qəbul (Recruitment & Selection): 6 filial və ofis üzrə kadr ehtiyaclarını analiz etmək və effektiv işə qəbul planı hazırlamaq; Satış və ofis vəzifələri üzrə kompetensiya əsaslı (STAR metodologiyası) müsahibələr keçirmək; Topdan və pərakəndə satışın spesifikasını anlayaraq "doğru adamı doğru yerə" yerləşdirmək. 2. Adaptasiya və Təlim (Onboarding & Development): Yeni işçilərin şirkət mədəniyyətinə və satış standartlarımıza sürətli uyğunlaşması üçün effektiv Onboarding proqramı qurmaq; Satış heyəti üçün daxili təlim ehtiyaclarını müəyyən etmək, təlim materialları hazırlamaq və şəxsən təlimlər keçmək; Fərdi inkişaf planları vasitəsilə əməkdaşların karyera yüksəlişini idarə etmək. 3. Performans və Motivasiya (Performance Management): Satış komandası və ofis üçün KPI (Key Performance Indicators) sistemini qurmaq və tətbiq etmək; Performansın qiymətləndirilməsi əsasında obyektiv mükafatlandırma və motivasiya mexanizmləri hazırlamaq; İşçi məmnuniyyəti sorğuları keçirmək və komanda ruhunu yüksəldəcək korporativ tədbirlər planlamaq. Namizədə dair tələblər: Ali təhsil (İnsan Resursları, Psixologiya və ya İdarəetmə sahəsində olması üstünlükdür); HR sahəsində (xüsusilə pərakəndə satış/retail sektorunda) minimum 3-5 il uğurlu təcrübə; Təlimçi bacarıqları və auditoriya qarşısında sərbəst çıxış etmə qabiliyyəti; KPI və performans idarəetmə sistemlərinin qurulmasında təcrübə; Əmək qanunvericiliyi və müasir HR trendləri barədə dərin biliklər. Biz nə təklif edirik? "Saat Store"un strateji qərarlarında birbaşa iştirak imkanı; Peşəkar və yüksək enerjili iş mühiti; Şəxsi və peşəkar inkişaf üçün geniş imkanlar; [Maaş + Bonus sistemi]. Zamanınızı bizimlə dəyərləndirin! 📩 Müraciət üçün: CV-nizi "HR Manager - Saat Store" başlığı ilə hr@saatstore.az mail ünvanına göndərməyiniz xahiş olunur.

Bakı,, Nizami, 92