Satış Assistenti
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 12 yanvar 2026
Təsvir
İş şəraiti**:**
Ünvan: Bakı, Azərbaycan, Cəfər Cabbarlı 40, Caspian Business Center
İş qrafiki: Tam ştat
Vəzifənin təsviri:
Dinamik satış komandamıza qatılmaq üçün təşəbbüskar Satış Assistenti axtarırıq!
Bu vəzifədə siz dəstək rolunda satış proseslərinin fasiləsiz işini təmin edəcək, müştərilərlə ünsiyyəti asanlaşdıracaq partnyor şəbəkəsi üçün proqram təminatının satışında kömək göstərəcəksiniz. İdeal namizəd satış məqsədlərimizi dəstəkləmək üçün öyrənməyə həvəsli olmalıdır. Siz dinamik bir mühitdə inkişaf etmək istəyirsinizsə bu vakansiyaya mürəciət edin!
Əsas iş öhdəlikləri:
Görüşlərin təyin edilməsi, cədvəllərin idarə olunması və satış hesabatlarının hazırlanmasında administrativ dəstək göstərmək.
Satış sifarişlərini, kommersiya təkliflərini və fakturaları dəqiq şəkildə emal etmək, və məhsulların vaxtında və düzgün çatdırılmasını təmin etmək.
Məhsul haqqında məlumat, sifariş statusu və müştəri sorğuları üçün əlaqə nöqtəsi kimi çıxış etmək, daha mürəkkəb hallar zamanı satış və ya texniki dəstək komandasına yönləndirmək.
ERP sistemimizdə işləmək, müştəri məlumatlarını, satış fəaliyyətlərini və performans göstəricilərini yeniləmək və dəqiq şəkildə saxlamaq.
Satış materiallarının, təqdimatların və təkliflərin hazırlanmasına kömək göstərmək.
Bazar araşdırmalarının aparılmasında dəstək göstərmək.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil. Mühəndislik, İT, biznes, maliyyə üzrə ixtisas arzuolunandır
Ən azı bir il satış dəstəyi, maliyyə, administrativ və ya müştəri xidmətləri sahəsində təsdiqlənmiş iş təcrübəsi, İT və ya texnologiya sektorunda arzuolunandır.
MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmə bacarığı və ERP proqramlarından istifadə təcrübəsi.
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
Güclü təşkilati bacarıqlar, detallara diqqət və sürətli iş mühitində eyni anda bir neçə işi idarə etmək bacarığı.
Azərbaycan, rus dillərində sərbəst ünsiyyət bacarığı. İngilis dili bilikləri arzuolunandır
Baza İT və mailiyyə bilikərinə yiyələnən namizədlərə üstünlük veriləcək
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatlar: 09:00 - 18:00
Təlim və peşəkar inkişaf imkanları
Müraciət etmək üçün CV-nizi göstərilən e-mail ünvanına göndərə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
MONT MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2762
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə