İş şəraiti**:**
Ünvan: Bakı, Azərbaycan, Cəfər Cabbarlı 40, Caspian Business Center
İş qrafiki: Tam ştat
Vəzifənin təsviri:
Dinamik satış komandamıza qatılmaq üçün təşəbbüskar Satış Assistenti axtarırıq!
Bu vəzifədə siz dəstək rolunda satış proseslərinin fasiləsiz işini təmin edəcək, müştərilərlə ünsiyyəti asanlaşdıracaq partnyor şəbəkəsi üçün proqram təminatının satışında kömək göstərəcəksiniz. İdeal namizəd satış məqsədlərimizi dəstəkləmək üçün öyrənməyə həvəsli olmalıdır. Siz dinamik bir mühitdə inkişaf etmək istəyirsinizsə bu vakansiyaya mürəciət edin!
Əsas iş öhdəlikləri:
Görüşlərin təyin edilməsi, cədvəllərin idarə olunması və satış hesabatlarının hazırlanmasında administrativ dəstək göstərmək.
Satış sifarişlərini, kommersiya təkliflərini və fakturaları dəqiq şəkildə emal etmək, və məhsulların vaxtında və düzgün çatdırılmasını təmin etmək.
Məhsul haqqında məlumat, sifariş statusu və müştəri sorğuları üçün əlaqə nöqtəsi kimi çıxış etmək, daha mürəkkəb hallar zamanı satış və ya texniki dəstək komandasına yönləndirmək.
ERP sistemimizdə işləmək, müştəri məlumatlarını, satış fəaliyyətlərini və performans göstəricilərini yeniləmək və dəqiq şəkildə saxlamaq.
Satış materiallarının, təqdimatların və təkliflərin hazırlanmasına kömək göstərmək.
Bazar araşdırmalarının aparılmasında dəstək göstərmək.