Satınalma və Təchizat üzrə Menecer
Bakı
Tam Ştat
Menecer
1.500 - 2.000 AZN
Yerləşdirilib 1 aprel 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şəbəkə üzrə ərzaq və qeyri-ərzaq mallarının satınalma prosesinin təşkili və idarə edilməsi;
Təchizatçı bazasının formalaşdırılması və davamlı yenilənməsi;
Qiymət müqayisəsi və bazar araşdırmasının aparılması;
Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması;
Sifariş, qaimə və müqavilə şərtlərinə nəzarət;
Anbar dövriyyəsinə və inventar qalığına nəzarət;
ERP sistemlərində (iiko və s.) satınalma əməliyyatlarının düzgün aparılmasına nəzarət;
Alternativ təchizatçıların müəyyən edilməsi və xərclərin azaldılması;
Aylıq və rüblük satınalma hesabatlarının hazırlanması;
Büdcəyə uyğun satınalma planının hazırlanması və icrasına nəzarət.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil) ;
İş təcrübəsi:
Satınalma və təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
Satınalma və təchizat sahəsində rəhbər vəzifələrdə minimum 1 il iş təcrübəsi;
Restoran və ya şəbəkə modeli üzrə təcrübə üstünlükdür.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Satınalma üzrə texniki biliklər;
Maliyyə və Analitika Bacarıqları;
Təchizat planlaması, sifariş dövriyyəsinin idarə olunması;
Safety stock planlaması və logistika koordinasiyası;
Excel və ERP sistemləri üzrə biliklər;
Danışıqlar aparma və müqavilə idarəetmə bacarığı;
Analitik düşünmə bacarığı;
Araşdırma bacarığı;
Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Qərar vermə bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).
Təklif edirik:
Əmək haqqı: 1500 – 2000 AZN;
İş qrafiki: 5 günlük iş qrafiki;
İş saatları: 09:00 - 18:00;
Nahar şirkət tərəfindən təmin edilir;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.
Tələblərə cavab verən namizədlər “Satınalma və Təchizat üzrə Menecer” başlığı ilə öz CV və portfellərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Improve Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12391
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer