Satınalma üzrə mütəxəssis (Xaçmaz rayonu)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
Müəssisə: Sun Food MMC
Vəzifə üzrə tələblər:
Müvafiq sahə üzrə ali təhsil,
Sürücülük vəsiqəsi (B Kateqoriyası )
Satınalma sahəsində minimum 1 il iş təcrübəsi,
Satınalma, tender və təchizat prosesləri üzrə ümumi biliklər,
Analitik düşünmə və bazar araşdırması bacarığı,
Hesabatların hazırlanması və sənədlərlə işləmək bacarığı,
Komanda ilə işləmək və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
Satınalma prosesinin vaxtında, mövcud prosedur və qaydalara uyğun şəkildə icrasını təmin etmək,
Təchizat sifarişlərinin idarə olunması (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması),
Açılmış sifariş formalarının təhlili və optimallaşdırılması,
Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatların tərtib edilməsi,
Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırılması,
Təchizatçı bazasının formalaşdırılması, qiymətləndirilməsi və mütəmadi yenilənməsi,
Tender və sorğuların hazırlanması, qiymət və şərtlərin müqayisəli təhlili,
Məhsul və xidmətlərin seçiminin əsaslandırılmış şəkildə yekunlaşdırılması,
Satınalma prosesinin ən əlverişli kommersiya və keyfiyyət şərtləri ilə həyata keçirilməsini təmin etmək,
Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması və analizi,
Təchizatçıların seçimi, performansının qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması,
Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət,
Müqavilələrin hazırlanması, icrasına nəzarət edilməsi və müqavilə şərtlərinə əməl olunmasının təmin edilməsi.
İş şəraiti
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Xaçmaz rayonu
Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və yahr.azersun.comünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis (Xaçmaz rayonu) – 28432” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə KeçAzersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4530
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+