Ana Səhifə
Vakansiyalar

Satınalma üzrə mütəxəssis

Satınalma üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 6 fevral 2026

Təsvir

“STP GLOBAL CABLE” MMC Satınalma departamentinə “Satınalma üzrə mütəxəssis” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;

  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik;

  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;

  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;

  • Yerli və xarici bazar haqqında məlumatlı olmalı;

  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;

  • İşgüzar və məsuliyyətli olmalı;

  • Problem həll etmə bacarığına malik olmalı;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək;

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

  • Mal-materiallaırn araşdırılması və təchiz edilməsi

  • Satınalma sorğularına nəzarət və yoxlanılması;

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;

  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;

  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;

  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;

  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;

  • Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;

  • ERP sistemində işləmə bacarığının olması.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;

  • Adekvat əmək haqqı;

  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;

  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;

  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;

  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq  HRGlobal@stp.az elektron poçt ünvanına və eyni zamanda qeyd olunan linkə daxil olmaqla göndərilməsi xahiş olunur.

Necə Müraciət Etmək Olar

STP Global Cable

STP Global Cable

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5188

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik Avadanlıqları Zavoduna Elektrik-quraşdırıcısı

Tam Ştat

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: Müvafiq sahədə 3 il iş təcrübəsi; Ali vəya orta texniki təhsil; Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; İşgüzar və məsuliyyətli olmalıdır. Hansı işləri görəcəksiniz? Elektrik-quraşdırıcı yığıcı-çilingərlər tərəfindən hazırlanmış gövdələrin içərisində elektrik sxeminə uyğun olaraq bütün açarları və naqilləri hazırlayaraq birləşdirilir. Açarlarda iş rejimlərinin sxemə uyğun olaraq kolibirləşməsini və sxemə uyğun qoşulma işlərini aparır. Yuvaların idarə etmə sxemlərində olan nasazlıqları tapıb aradan qaldırır. Sınağa tam hazırlanan yuvaların bir daha cihaz vasitəsi ilə yoxladıqdan sonra sınaq üçün laborotoriyaya təhvil verilir. İdarəetmənin elektrik sxemində olan nasazlıqları aşkar edir və aradan qaldırır və işə salma və açma aparatların dəyişdirilməsini həyata keçirir. Yığma sahəsində olan avadanlıq və alətlərin təmizlənməsi, kolibrlənməsi və yağlanmasını aparır. Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik-quraşdırıcısı” yazaraq göstərilən mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur.

Satınalma üzrə aparıcı mütəxəssis

Tam Ştat

“STP GLOBAL CABLE” MMC Satınalma departamentinə “Satınalma üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir. “STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir. Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: Ali təhsilli olmalı; Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik; Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli; MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib; Yerli və xarici bazar haqqında məlumatlı olmalı; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı; İşgüzar və məsuliyyətli olmalı; Problem həll etmə bacarığına malik olmalı; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır. Hansı işləri görəcəksiniz: Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək; Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); Ehtiyyat hissələrinin araşdırılması və alınmasında təcrübəsinin olması; Satınalma sorğularına nəzarət və yoxlanılması; Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili; Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək; Təchizatçıların seçimi və qiymətləndirilməsi; Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması; Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi; Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi; ERP sistemində işləmə bacarığının olması. Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq  HRGlobal@stp.az elektron poçt ünvanına və eyni zamanda qeyd olunan linkə daxil olmaqla göndərilməsi xahiş olunur.

Baş anbardar

Tam Ştat

“STP GLOBAL CABLE” MMC  Əməliyyatların idarə olunması departamenti, Anbar bölməsinə “Baş anbardar” vakansiyası elan edir. “STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir. Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: Müvafiq sahədə 5 il iş təcrübəsi; Ali təhsil; ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı; Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; İşgüzar və məsuliyyətli olmalıdır. Hansı işləri görəcəksiniz? İstehsalat müəssisəsinin xammal, yarımfabrikat və hazır məhsul anbarlarının fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi; Anbar təsərrüfatının kabel və elektrik istehsalının tələblərinə uyğun təşkil edilməsi; Anbar proseslərinin fasiləsiz və təhlükəsiz icrasının təmin olunması; Xammal və materialların idarə olunması; Kabel və elektrik istehsalında istifadə olunan xammalların (mis/alüminium tel, PVC, XLPE, izolyasiya materialları, barabanlar və s.) qəbulu, saxlanması və istehsalata verilməsinə nəzarət; Daxil olan materialların keyfiyyət və miqdar baxımından yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və rəhbərliyə bildirilməsi; Xammalların FIFO/FEFO prinsiplərinə uyğun saxlanmasının təmin edilməsi; Hazır kabel məhsullarının (barabanlı, rulonlu və s.) anbara qəbulu, saxlanması və göndərişinin təşkili; Yarımfabrikatların istehsalat mərhələləri üzrə düzgün uçotunun aparılması; Müştəri sifarişlərinə uyğun məhsul yığımı və vaxtında təhvil verilməsinin təmin edilməsi; Anbara daxilolma, çıxış və daxili köçürmələrin LOGO ERP sistemində vaxtında və düzgün qeydiyyatı; Anbar qalığı, istehlak norması və inventar məlumatlarının ERP üzərindən izlənməsi; ERP sistemində sənədlərin (qaimə, tələbnamə, köçürmə, inventar aktı və s.) düzgün tərtib edilməsi; ERP məlumatları ilə faktiki anbar qalığının uyğunluğunun təmin edilməsi; İnventarizasiya və hesabatlılıq; Müntəzəm və növbədənkənar inventarizasiyaların aparılmasının təşkili və iştirak edilməsi; Artıq və çatışmayan materialların səbəblərinin araşdırılması; Anbar fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; İstehsalat şöbəsi ilə sıx əməkdaşlıq edərək material tələbatının vaxtında təmin edilməsi; İstehsalat planına uyğun xammal və material ehtiyatlarının formalaşdırılması; İstehsalat prosesində yaranan qalıqların və tullantıların uçotuna nəzarət; Anbarda əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət; Kabel barabanlarının, ağır yüklərin və kimyəvi materialların düzgün saxlanmasının təmin edilməsi; Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması; Anbardarların və köməkçi heyətin iş bölgüsünün aparılması; Anbar işçilərinin fəaliyyətinə nəzarət və onların iş intizamının təmin edilməsi; Yeni işçilərin anbar qaydaları və ERP sistemi üzrə təlimatlandırılması; Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi; Anbar proseslərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi; Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim edilməsi Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş anbardar” yazaraq göstərilən mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur.