Ana Səhifə
Vakansiyalar

Satınalma üzrə aparıcı mütəxəssis

Satınalma üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 11 yanvar 2026

Son Tarix: 6 fevral 2026

Təsvir

“STP GLOBAL CABLE” MMC Satınalma departamentinə “Satınalma üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;

  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik;

  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;

  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;

  • Yerli və xarici bazar haqqında məlumatlı olmalı;

  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;

  • İşgüzar və məsuliyyətli olmalı;

  • Problem həll etmə bacarığına malik olmalı;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək;

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

  • Ehtiyyat hissələrinin araşdırılması və alınmasında təcrübəsinin olması;

  • Satınalma sorğularına nəzarət və yoxlanılması;

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;

  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;

  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;

  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;

  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;

  • Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;

  • ERP sistemində işləmə bacarığının olması.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;

  • Adekvat əmək haqqı;

  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;

  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;

  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;

  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq  HRGlobal@stp.az elektron poçt ünvanına və eyni zamanda qeyd olunan linkə daxil olmaqla göndərilməsi xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

STP Global Cable

STP Global Cable

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4607

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik Avadanlıqları Zavoduna Elektrik-quraşdırıcısı

Tam Ştat

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: Müvafiq sahədə 3 il iş təcrübəsi; Ali vəya orta texniki təhsil; Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; İşgüzar və məsuliyyətli olmalıdır. Hansı işləri görəcəksiniz? Elektrik-quraşdırıcı yığıcı-çilingərlər tərəfindən hazırlanmış gövdələrin içərisində elektrik sxeminə uyğun olaraq bütün açarları və naqilləri hazırlayaraq birləşdirilir. Açarlarda iş rejimlərinin sxemə uyğun olaraq kolibirləşməsini və sxemə uyğun qoşulma işlərini aparır. Yuvaların idarə etmə sxemlərində olan nasazlıqları tapıb aradan qaldırır. Sınağa tam hazırlanan yuvaların bir daha cihaz vasitəsi ilə yoxladıqdan sonra sınaq üçün laborotoriyaya təhvil verilir. İdarəetmənin elektrik sxemində olan nasazlıqları aşkar edir və aradan qaldırır və işə salma və açma aparatların dəyişdirilməsini həyata keçirir. Yığma sahəsində olan avadanlıq və alətlərin təmizlənməsi, kolibrlənməsi və yağlanmasını aparır. Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik-quraşdırıcısı” yazaraq göstərilən mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur.