Satınalma üzrə baş mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 22 may 2026

Təsvir

Vəzifə Öhdəlikləri

  • Şirkətin daxili satınalma prosedur və qaydalarına uyğun olaraq satınalma proseslərinin tam dövrünü icra etmək;

  • Tender və qiymət sorğularını təşkil etmək və idarə etmək;

  • Təchizatçıları seçmək və qiymətləndirmək;

  • Müqavilə layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;

  • Avadanlıq və xammalın satınalması üzrə tender proseslərini tam şəkildə aparmaq;

  • Tender sənədlərini dəqiq və vaxtında hazırlamaq, təqdimatı həyata keçirmək və Tender Komitəsi ilə rəhbərliklə təsdiqi proseslərini idarə etmək;

  • Qiymətləndirmə və seçmə prosesini peşəkar şəkildə koordinasiya etmək;

  • Satınalma qərarlarının qanuni və prosedur tələblərə uyğunluğunu təmin etmək;

  • Bazar araşdırmalarını aparmaq, xərcləri optimallaşdırmaq və satınalma risklərini idarə etmək;

  • Rəhbərlik üçün analitik hesabatları hazırlamaq və təqdim etmək.

Tələblər

  • Satınalma, tender və müqavilə prosedurlarını dərindən bilmə;

  • Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;

  • Analitik düşünmə, qərarvermə və problemlərin operativ həlli bacarığı;

  • Komandada işləmək və kiçik heyətə metodoloji dəstək göstərmək bacarığı;

  • Məsuliyyətlilik, konfidensiallıq və yüksək iş etikası.

  • Təhsil Ali təhsil-Bakalavr /Ali təhsil (Əlaqəli sahələr üzrə);

  • Sahə üzrə təcrübə tələbi 3-5 il

  • Kompüter bilikləri Ms Excel

  • Outlook email sistemi

  • ERP sistemləri bilikləri

Dil bilikləri

  • İngilis dili-Əla

  • Rus dili-Orta

  • Azərbaycan dili- Əla

Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

STP Şirkətlər Qrupu

STP Şirkətlər Qrupu

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14734

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə