Satınalma üzrə Baş Mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 4 may 2026
Təsvir
Əsas vəzifələr:
Müəssisələr üzrə aylıq satınalma sifarişlərinin toplanması və idarə olunması;
Məhsul və xidmətlər üzrə bazar araşdırmasının aparılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlili;
Yerli və beynəlxalq bazarda etibarlı təchizatçıların müəyyən edilməsi və seçilməsi;
Təchizatçılarla effektiv danışıqların aparılması (qiymət, ödəniş şərtləri, çatdırılma müddəti və s.);
Satınalma sifarişlərinin hazırlanması, icrasına nəzarət və prosesin optimallaşdırılması;
Müqavilələrin hazırlanmasında iştirak və şərtlərin icrasına nəzarət;
Malların vaxtında, düzgün və keyfiyyət standartlarına uyğun çatdırılmasının təmin edilməsi;
Anbar və logistika şöbələri ilə sıx koordinasiyanın qurulması;
Satınalma proseslərinin şirkətin daxili siyasət və prosedurlarına uyğun təşkil edilməsi;
Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və performans monitorinqi;
Xərclərin optimallaşdırılması, qənaət strategiyalarının hazırlanması və tətbiqi;
Rəhbərlik üçün analitik hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üzrə üstünlükdür);
Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (iri şirkətlərdə təcrübə üstünlükdür);
Azərbaycan dilində sərbəst, rus və/ və ya ingilis dili biliyi arzuolunandır;
Analitik düşünmə və qərarvermə bacarığı yüksək;
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi;
Dürüst, çevik, məqsədyönlü və nəticəyə fokuslanmış yanaşma.
Biz təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə uyğun olaraq müzakirə edilir);
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və inkişaf yönümlü iş mühiti;
Stabil və uzunmüddətli əməkdaşlıq imkanı.
Tələblərə uyğun namizədlərdən CV-lərini “Satınalma üzrə Baş Mütəxəssis” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Referans CLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14713
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə